Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İranın Venesuelaya satdığı təyyarəni ələ keçirib
ABŞ İranın Venesuelaya satdığı təyyarəni ələ keçirib

ABŞ İran aviaşirkətinin Venesuela yük şirkətinə satdığı təyyarəni ələ keçirib.

Bizimyol.info xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyindən verilən açıqlamada ABŞ-ın sanksiya tətbiq etdiyi İran şirkətlərindən Mahan Hava Yollarının Venesuela yük şirkətinə satdığı "Boeing 747" yük təyyarəsinin Argentinadan ABŞ-a gətirildiyi bildirilib.

Açıqlamada ABŞ-ın tələbi ilə 2022-ci ilin iyununda Argentina səlahiyyətliləri tərəfindən saxlanılan təyyarənin ixrac nəzarəti qanunları çərçivəsində ələ keçirildiyi və ləğv ediləcəyi bildirilib.

Açıqlamada, təyyarənin satışının ABŞ-ın İrana tətbiq etdiyi ixrac nəzarəti qanunlarını pozduğu vurğulanıb və o: “Ədliyyə Nazirliyi milli təhlükəsizliyimizi təhdid edən hallara qarşı ABŞ qanunlarından ən təsirli şəkildə istifadə etməyə davam edəcək”, - deyə bəyanatda qeyd edilib.

Venesuela hökumətinin məsələ ilə bağlı verdiyi açıqlamada, sözügedən təyyarənin ABŞ-a göndərilməsinin “rüsvayçı əməliyyat” olduğu və təyyarənin geri alınması üçün bütün kanallarda qanuni hüquqlardan istifadə ediləcəyi bildirilib.

Venesuela prezidenti Nikolas Maduronun ofisindən verilən açıqlamada ABŞ və Argentinanın "ticarət və mülki qaydalara məhəl qoymadıqları" və Venesuela yük şirkətinin hüquqlarını qəsb etdikləri bildirilib.

İranın "Mahan" Hava Yolları şirkəti ələ keçirilən təyyarə ilə heç bir əlaqəsinin olmadığını iddia edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »