Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Minlərlə zəlzələ qurbanına sığınacaq olan 450 illik kompleks yenidən turistləri qəbul edir
Minlərlə zəlzələ qurbanına sığınacaq olan 450 illik kompleks yenidən turistləri qəbul edir

Hatayın Payas rayonunda Memar Sinan tərəfindən 1574-cü ildə Osmanlı Sadrazamı Sokullu Mehmet Paşa tərəfindən inşa edilən kompleks 6 fevral 2023-cü ildə baş verən, mərkəzi Kahramanmaraş olan zəlzələlərdən heç bir ziyan görmədən sağ çıxıb.

Bizimyol.info xəbər verir ki, "trthaber"in verdiyi məlumata görə, təxminən 15 min kvadratmetr sahəsi olan və 48 dükan, o cümlədən hamam, mədrəsə və məsciddən ibarət kompleks zəlzələlərdən sonra evləri dağılan və yararsız hala deşən fəlakət qurbanlarının evinə çevrilib.

Gündəlik 2500 nəfərin qaldığı və hamamından yararlandığı sosial kompleks təbii fəlakət qurbanlarının konteynerlərə köçürülməsindən sonra yenidən turizmə açılıb.

Payas Bələdiyyəsi Kompleksinin məsul işçisi Mehmet İsarettin Altan bildirib ki, 2014-cü ildə bələdiyyəyə verilən kompleks bərpa olunduqdan sonra dükanlar istifadəyə verilib. Bu yerin zəlzələlərə qədər şəhər turizminə xidmət etdiyini bildirən Altan, 6 fevral faciəsindən sonra kompleksi zəlzələdən zərər çəkmiş insanların istifadəsinə açdıqlarını deyib.

Fəlakətdən zərər görməyən kompleksin o dövrdə zəlzələdən zərərçəkənlərin evinə çevrildiyini bildirən Altan: “Kompleks zədələnmədiyi üçün vətəndaşları bura dəvət etdik. Buraya təkcə Payasda deyil, bütün Hatayda vətəndaşlar gəldi. Hər gün burada 2500 vətəndaşı qəbul etdik. Biznesmenlərimiz çöldə qalan vətəndaşlara öz dükanlarını veriblər. Meyxana bölməsini tamamilə qonaq evi kimi istifadə etdik və hər kəs üçün ayrıca sahələr ayırdıq. Yenə hamam işləmirdi. Həmin gündən dərhal sonra hamamı təmir etdik və vətəndaşlarımızın çimməyə ehtiyaclarını ödəmək üçün istifadəyə verdik. Hatay mərkəzində işləyən xilasetmə qrupları duş ala bilməyəndə bizimlə əlaqə saxlayıb gəlib burada duş qəbul etdilər. Hamamı 3-4 ay ərzində bütün vətəndaşlarımıza aktiv şəkildə işlətdik. Kimisi 2 ay, kimisi 5 ay burda qaldı... Amma biz vətəndaşlarımıza heç vaxt deməmişik ki, getsinlər. Hər kim qalmağa yer ayırıb yenidən evə gedə bilsə, tədricən buranı tərk edirdi”, - deyə qeyd edib.

Hazırda turistlərə xidmət etdiklərini vurğulayan Altan: "Gündəlik təxminən 1000-1500 nəfər gəlir. Xaricdən də turlarımız var", - deyib.

Sosial kompleksdə dükanı olan Uğur Türkmen 450 illik tikilinin zəlzələdə zərər görmədiyini və zəlzələdən sonra minlərlə insanın burada qaldığını xatırladıb.

Zəlzələdən zərər çəkmişlərə gündə 3 dəfə yemək verildiyini, hamamdan da istifadə edildiyini bildirən Türkmen: “Zəlzələ zamanı belə dükanlar açıq idi, amma dükan sahiblərinin evləri də ziyan gördü. Zərər görməyənlər də gəlib burada xidmət edirdilər. 3-4 ay problem oldu, amma sonra yenidən tacir mağazaları açıldı.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »