Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə və İsrail FQYA yardımının Qəzzaya çatması problemini müzakirə edirlər - Media
Türkiyə və İsrail FQYA yardımının Qəzzaya çatması problemini müzakirə edirlər - Media

Türkiyə rəsmiləri humanitar yüklərin Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyindən (FQYA) keçməsi ilə bağlı problemlərlə bağlı İsrail tərəfi ilə əlaqə saxlayır.

Bizimyol.info xəbər verir ki, bu barədə "TRT" telekanalı diplomatik mənbəsinə istinadən məlumat verib.

“Türkiyə rəsmiləri İsrail limanında bloklanan FQYA humanitar yardımı məsələsini həll etmək üçün İsrail rəsmiləri ilə əlaqə saxlayıb”, - deyə telekanal qeyd edib.

Türkiyə hər il FQYA-ya 26 ton ərzaq yardımı edir. Bundan əvvəl Türkiyənin Mersin limanında 1100 konteyner un və ərzaq məhsulları quruma təhvil verilib. Yük Aşdod limanına göndərilib. İsrail 1100 konteynerdən yalnız 200-nün Qəzzaya çatdırılmasına icazə verib. Telekanal qeyd edir ki, bəzi məhsulların saxlama müddəti üç-dörd həftədir.

Yanvarın sonunda bir sıra ölkələr, o cümlədən Böyük Britaniya, Almaniya, Kanada, ABŞ və Yaponiya FQYA-nın əməkdaşlarının radikal HƏMAS hərəkatı ilə əlaqələrinə dair şübhələrə görə ona maliyyə yardımının dayandırıldığını elan ediblər. Agentlik 1949-cu ildə yaradılıb. Onun missiyası Qəzza zolağı, İordan çayının qərb sahili, İordaniya, Livan və Suriyadakı 5,9 milyon qaçqına tibbi, sosial, ərzaq yardımı və təhsil verməkdir. FQYA BMT-yə üzv dövlətlərin, həmçinin Aİ ölkələrinin və beynəlxalq qeyri-hökumət təşkilatlarının könüllü töhfələri hesabına maliyyələşdirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »