Fevralın 13-ü çərşənbə axşamı UEFA Çempionlar Liqasında son 16 turun oyunları başlayacaq.
Bizimyol.info xəbər verir ki, fevralın 13 və 14-də Avropa futbolunun klub səviyyəsində ən mühüm turnirinin son 16 turunda 4 qarşılaşma keçiriləcək. Fevralın 20-21-də keçiriləcək yarışlarla 1/8 final mərhələsinə yekun vurulacaq.
1/4 finala yüksələn komandalar 5-6 və 12-13 mart tarixlərində keçiriləcək cavab görüşlərinin sonunda müəyyənləşəcək.
Saat 22.00-da başlayacaq son 16 turun ilk oyunlarının təqvimi belədir:
Çərşənbə axşamı, 13 fevral:
"Leipzig" (Almaniya) - "Real Madrid" (İspaniya)
"Kopenhagen" (Danimarka) - "Mançester Siti" (İngiltərə)
Çərşənbə, 14 fevral:
"Latsio" (İtaliya) - "Bavariya" (Almaniya)
"Paris Saint-Germain" (Fransa) - "Real Sosyedad" (İspaniya)
Çərşənbə axşamı, 20 fevral:
"İnter" (İtaliya) - "Atletiko Madrid" (İspaniya)
"PSV" (Hollandiya) - "Borussia Dortmund" (Almaniya)
Çərşənbə, 21 fevral:
"Porto" (Portuqaliya) - "Arsenal" (İngiltərə)
"Neapol" (İtaliya) - "Barselona" (İspaniya)