Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, Qəzzanın Misir sərhədində yerləşən Rəfah şəhərində 1,7 milyon fələstinlinin qaçmağa yeri yoxdur və buna görə də, Rəfaha hücumun qarşısını almaq üçün İsrailə təzyiqlər davam etdirilməlidir.
Bizimyol.info xəbər verir ki, bu barədə Borrell Brüsseldə Aİ ölkələrinin inkişaf nazirlərinin qeyri-rəsmi toplantısının girişində mətbuata açıqlama verərkən bildirib.
İclasda Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatının (UNRWA) baş komissarı Filip Lazzarininin də iştirak edəcəyini və Qəzzadakı humanitar böhranla bağlı son vəziyyətin müzakirə ediləcəyini bildirən Borrell: “Misir sərhədindəki vəziyyətdən çox narahatıq. Belə görünür ki, İsrail tərəfindən yeni əməliyyat keçirilir.İsrailin baş naziri Benyamin Netanyahu 1,7 milyon insanın hara təxliyə edilə biləcəyini demədən təxliyyə olunmasını istəyir”, - deyə qeyd edib.
Borrell dünən həm özünün, həm də AB ölkələrinin xarici işlər nazirlərinin İsraildən Misir sərhədində fələstinlilərə yardım daşınmasına mane olmamasını tələb edən çoxlu mesajlar dərc etdiklərini xatırladıb və belə davam edib: "Biz indi narahatlığımızı ifadə etməkdən başqa nəsə etməliyik. İndi bir çox insanlar İsrailin hərəkətlərinin qeyri-mütənasib olduğunu və ölənlərin sayının dözülməz həddə artdığını deyir. Hətta dünən ABŞ prezidenti Co Bayden belə bu barədə danışıb. Bunu dilə gətirən İsrailin ən böyük dəstəkçisi olan Bayden də İsrailin hərəkətlərinin qeyri-mütənasib olduğunu, ölənlərin və mülki vətəndaşların sayının inanılmaz olduğunu bildirib. Amma bunu soruşuram; Sözdən başqa nə edə bilərik?”
Jurnalist “hərəkətə keçmək üçün hər hansı təklifiniz varmı?” deyə soruşub. Borrell suala: “AB İsrailə silah vermir.
Digərləri təmin edir. Ölənlərin sayının çox olduğunu düşünürlərsə, bəlkə də onu azaltmaq üçün edə biləcəkləri bir şey var”, - deyə cavab verib.
Borrell: "Biz İsrailə təzyiq göstərməyə davam etməliyik. Humanitar aktorları dəstəkləməyə davam etməliyik. İsrail 1,7 milyondan çox əhalisi olan əraziyə hücum edərsə, insanlar divara dirənəcək. Onların qaçmağa yerləri yoxdur. Bilirsiniz, müharibə olanda insanlar qaçır. Amma Qəzzada insanlar qaça bilmir. Qapılar bağlıdır. Onlar heç yerə qaça bilmədən bombalanırlar”, - deyib.
Aİ Ali Nümayəndəsi: "İsrail hökumətinin Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatından qurtulmaq istədiyi heç kimə sirr deyil. Bu, təkcə indi deyil, illərdir belədir", -deyə qeyd edib.
Qadir, Bizimyol.info