Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yəmən neft və su qaynaqları yetərsiz, silahı bol ölkə kimi müharibə içindədir" - Video
"Yəmən neft və su qaynaqları yetərsiz, silahı bol ölkə kimi müharibə içindədir" - Video

“Beynəlxalq əlaqələrlə bağlı yeni məsələlər üzrə işləyərkən insanın başına çox hadisələr gəlir. Məzuniyyət layihəsi hazırlayırdıq. Məqalə tapşırığımız vardı. Əslində, tezisə yazılmalı idi, amma biz məqalə olaraq yazırdıq. Orta Şərqdə “Ərəb Baharı” hadisəsi üzrə Yəməndə daxili müharibə haqqında araşdırmağa başladım. Yəmən çox kasıb bir ölkədir. Həmin vaxtda 25 milyon əhalisi var idi, indi daha da azalıb. Hər insana olan silah sayı 2 yarımdır. Yəni, ölkədə 50 milyon silah var. Ölkənin su qaynaqları məhduddur.

Yəmənlilər yanaqları şişkin şəkildə gəzirlər. Bunun səbəbi də bir otdur, sniff kimi tütün məhsuludur. Qida problemi var və "kat" istifadə etdikləri üçün dünyada ən az piylənmə görülən 2-ci ölkə olaraq qeyd olunmuş bir yerdir. Neft qaynaqları da yetərsizdir. Bu qarışıqlıqlarla yanaşı ingilislərin gətirdiyi xəritələndirmə sistemi ilə bir-birindən "fərqli" iki xalq - cənubi yəmənlilərlə şimali yəmənlilər birləşdirilərək bir Yəmən Respublikası qurulur. Bu, çox problemli bir məsələ idi. Ölkə daxilində 2 dəfə müharibə görürlər. İndi yeni müharibə içərisindədirlər”.

Bu barədə Bizimyol.info xəbər portalına Bahçeşehir Universitetinin Türk dünyası ilə əlaqələrdən məsul rektor müşaviri, təhlükəsizlik eksperti İhsan Alpargın danışıb.

Politoloq bildirib ki, "Ərəb Baharı" başlamazdan 2 il əvvəl, 2008-2009-da çox ciddi aksiyalar başlamışdı. Bu müddətdə Husilər ultimatum verdilər. Mansur Əli başa keçmişdi. Mansur Əli tam Səudiyyə Ərəbistanında ziyarətdə olanda, “24 saat içərisində konstitusiya işlərini görməsəniz hakimiyyətə əl qoyacayıq” deyildi və 24 saat gözləmədən, 8-ci saatın sonunda parlamentə basqın edildi və daxili müharibə başladı.

Bahçeşehir Universitetinin Türk dünyası ilə əlaqələrdən məsul rektor müşaviri, təhlükəsizlik eksperti İhsan Alpargın İhsan Alpargın

“Mən bunlarla maraqlanırdım. Biz müəllimin dəstəyi ilə məqaləni bitirdik. Müəllimə dedik ki, biz bitirib sizə verəcəyik. Mən də bunu yazmışdım. Husilərin, daha sonra Zeydilərin Livandakı kimi bir zülmlə tutulması mümkün deyil. Zeydilər ölkənin 40 faizini və ən varlı kəsmini təmsil edirlər”-deyə İhsan Alpargın danışıb.

İhsan Alpargın Yəmənlə bağlı öz fikirlərini bölüşüb.

“Yəmən bizim üçün çox uzaq bir yerdir. Mənim öz ailəmdə də ulu babalarımdan ikisi Yəmən cəbhəsinə gedib və geri dönməyib. Osmanlı da tarix boyunca heç vaxt Yəmənin tamamına hakim ola bilmədi. Sadəcə şimalda husilərin hakim olduğu Sadaya və cənubda Sanaya hakim ola bilmişdilər. Cənub bölgəsi həmişə ərəb-sünni qəbilələrinin olduğu bir bölgə olub. İngilislər ilk başda buranı Hindistana gediş yolunda bir logistik nöqtə olaraq istifadə edirdi. Orda pulla torpaq aldığı üçün ingilislər, şimala da xəbəri çatır və daha çox pul qazanmaq üçün qəbilə liderləri Osmanlıya qarşı üsyan qaldırırlar.

Yəmən heç vaxt uzun müddət dövlət ola bilməyib. Mən 2013-2014-cü illərdə müşahidə etməyə başladım. Ərəb Baharında Yəmənin də təsir altına düşdüyü deyilirdi”-deyə Alpargın vurğulayıb.

İhsan Alpargının xüsusi video müsahibəsini Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »