Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Üfüqdə "gələcək" görünmür... Daimi yaşamaq üçün xaricə üz tutanların arasında gənclərin xüsusi "yer"i var
Üfüqdə "gələcək" görünmür... Daimi yaşamaq üçün xaricə üz tutanların arasında gənclərin xüsusi "yer"i var

Ölkədən daimi yaşamaq üçün xaricə üz tutanların arasında gənclərin xüsusi payı var. Onların nəzərəçarpan hissəsi gələcəyini burada təsəvvür etmir. Təhsilin səviyyəsinin aşağı olması, iş tapmaq çətinlikləri, özünü ifadə etmək üçün mühit çatışmazlığı gənclər üçün ölkədən qaçmaq variantının əhəmiyyətini artırır. Onlar daha çox Qərb dövlətlərində yaşamağı arzulayır.

Bizimyol.info xəbər verir ki, “Agora”Analitik Kollektivinin sorğusu mənzərəni xeyli aydın göstərir. Sorğuda yaşı 35-ə çatmayan 400 nəfər iştirak edib. Respondentlərin 204-ü kişi, 196-sı qadın olub. Sorğuda iştirak edənlərin əksəriyyəti xaricdə yaşamaq istədiyini deyib. Onların 89 faizi miqrant həyatını seçib.

Sorğu iştirakçıları 41 ölkənin adını çəkib. Daha çox Qərb dövlətlərinin adının çəkilməsi diqqət çəkir. Nə qədər qəribə olsa da, azərbaycanlıların ən çox məskunlaşdığı Rusiyada yaşamaq istəyənlərin sayı 4 nəfər olub.

Respondentlərin seçdiyi ölkələrin siyahısına ABŞ başçılıq edib. İkinci yerdə məhz Azərbaycan gəlir. Amma burada vacib nüans var. Daha çox bölgələrdə yaşayan gənclər Azərbaycanı seçib. Bu da başqa ölkələr barədə məhdud məlumat olmasından irəli gəlir. Bakıda və Abşeron yarımadasında yaşayanlar gələcəyini daha çox Qərb dövlətlərində görür.

Norveç və Almaniyada yaşamaq istəyənlər də çoxdur. Sonrakı yerləri Türkiyə, Kanada, Böyük Britaniya, İsveçrə, İsveç və İtaliya tutub.

Abşeron ərazisində yaşayan gənclər üçün Azərbaycan heç ilk beşlikdə də yoxdur. Onlar ABŞ, Norveç, Almaniya, Kanada və Böyük Britaniyanı daha əhəmiyyətli məskunlaşma yeri kimi görürlər.

Daha bir vacib məqam odur ki, ümumi statistikada Azərbaycanın yuxarı pillələrdə qərarlaşmasında qadınların fikri çox rol oynayıb. Onlar kişilər qədər ölkə dəyişməyə meyilli görünmürlər. Böyük ehtimalla, burada mentalitet və ailə qurmaq ehtimalları özünü göstərib. Qadınlar kəskin dəyişikliklərə tam hazır olmadıqlarını ortaya qoyublar.

Rəqəmlər çox şey deyir. Gənclər gələcəyini bu ölkədə görmür. Onlar üçün gələcək çox qaranlıqdır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »