"Həmas ilə davam edən hərbi münaqişəni qiymətləndirdikdən sonra onun nəticələrinin İsrail üçün siyasi riski əhəmiyyətli dərəcədə artırdığını, həmçinin onun icra və qanunverici qurumlarını və yaxın gələcək üçün maliyyə gücünü zəiflətdibi".
Bizimyol.info xəbər verir ki, İsrail mətbuatının verdiyi məlumata görə, bunu ABŞ-ın reytinq agentliyi "Moody's" verdiyi açıqlamada qeyd edib.
"Qəzzada HƏMAS ilə davam edən müharibənin nəticələri özünü hiss etdirdi. İsrailin kredit reytinqi A1-dən A2-yə bir pillə endirilib. Şimal sərhədində fəaliyyət göstərən daha güclü Livanın Hizbullah terror qruplaşması ilə "eskalasiya riski" səbəbindən İsrailin borc proqnozu da "mənfi"yə endirilib", - deyə açıqlamada bildirilir.
Öz növbəsində, baş nazir Benyamin Netanyahu məsələ ilə bağlı açıqlama verərək "Moody's"un qərarının əhəmiyyətini azaltmağa çalışıb: “İsrail iqtisadiyyatı güclüdür. Reytinqin aşağı salınması iqtisadiyyatla bağlı deyil, tamamilə müharibə vəziyyətində olmağımızla bağlıdır. Müharibədə qalib gələn kimi reytinqlər yenidən yüksələcək və biz müharibəni qazanırıq”, - deyə baş nazir bildirib.
Qadir, Bizimyol.info