Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bloomberg: Zalujnının dəyişdirilməsi Ukrayna rəhbərliyi üçün siyasi risk yaradır
Bloomberg: Zalujnının dəyişdirilməsi Ukrayna rəhbərliyi üçün siyasi risk yaradır

Valeri Zalujnının Ukrayna Silahlı Qüvvələrinin baş komandanı postunda dəyişdirilməsi generalın əhali arasında yüksək populyarlığına görə prezident Vladimir Zelenski üçün siyasi risklər yaradır.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Nəşrin hesablamalarına görə, Zalujnını Aleksandr Sırski ilə əvəzləmək keçmiş baş komandanın əhali arasında yüksək - 90%-dən çox populyarlığına görə Ukrayna prezidenti üçün siyasi risk yaradır. Agentlik qeyd edir ki, Ukrayna prezidenti Zelenski istefasından sonra onun “komandanın bir hissəsi” olaraq qalmalı olduğunu bildirsə də, generalın hakimiyyətdə konkret hansı rolu oynayacağını dəqiqləşdirməyib.

Həmçinin: "Ukrayna prezidentinin Sırskini Ukrayna Silahlı Qüvvələrinin “ən təcrübəli” komandanı kimi təsvir etməsinə baxmayaraq, yeni baş komandanın ölkədə geniş dəstəyi yoxdur", - deyə agentlik yazır. Belə ki, Şotlandiyanın Sent-Endryus Universitetinin strateji tədqiqatlar professoru Fillips O`Brayanın fikrincə, Sirski Ukraynanın ən mübahisəli hərbi xadimidir: “Onun təyinatı Zelenski üçün riskli addımdır”, - deyə O'Brayan bildirib.

Zalujnının istefası ilə bağlı xəbərlər yanvarın 29-da ortaya çıxıb; o vaxtdan bəri mövzu Ukrayna və Qərb mediasında müzakirə edildi, lakin uzun müddət rəsmi fərman dərc olunmadı. Zelenski fevralın 8-i axşam saatlarında Zalujnının istefası və Sırskinin təyin olunduğunu elan edib. Prezident Zalujnıya Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi fəaliyyətinə görə təşəkkür edib və onu “komandada” qalmağa dəvət edib. Generalın bu təklifi qəbul edib-etmədiyi açıqlanmır. Eyni zamanda Ukrayna lideri Ukrayna Silahlı Qüvvələrinin cəbhədə durğunluğuna işarə edib. O, yaxın günlərdə Sırskidən silahlı qüvvələrin 2024-cü il üçün fəaliyyət planını və “yenidən qurulan komandanın” təqdimatını gözləyir.

Sırski 1965-ci ildə Vladimir vilayətində anadan olub, Moskva Ali Birləşmiş Silahlı Qüvvələrin Komandanlıq Məktəbini bitirib. "Politico" daha əvvəl bildirmişdi ki, yeni baş komandan əsgərlərinin həyatını riskə atmaq meylinə görə onu "qəssab" və "General 200" adlandıran hərbçilər arasında çox da populyar deyil.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »