Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnstaqram "Süni intellektlə mesajlaşma" funksiyası tətbiq edəcək
İnstaqram "Süni intellektlə mesajlaşma" funksiyası tətbiq edəcək

İnstaqramın yeni süni intellekt funksiyası üzərində işlədiyi məlum olub. Nə vaxt gələcəyi hələ bilinməyən bu xüsusiyyət mesaj yazarkən süni intellektdən yararlanmamızı təmin edəcək.

Bizimyol.info xəbər verir ki, "webtekno"nun verdiyi məlumata görə, süni intellekti tətbiqinə ən çox inteqrasiya edən platformalardan biri olan "İnstagram" tez-tez belə xüsusiyyətlərlə gündəmə gəlir. Məsələn, keçən həftə şirkətin "Reels" videolarına avtomatik tərcümə və süni intellekt dublyajını gətirə biləcəyi məlum olub.

Bu gün "İnstagram"a daha bir süni intellekt xüsusiyyətinin əlavə oluna biləcəyi barədə məlumat verilib. Tətbiqlərdən əldə olunan məlumat ilə tanıdığımız Alessandro Paluzzi tərəfindən diqqət çəkən xüsusiyyət, süni intellektə mesajlar yazacaq.

Xüsusiyyət çox güman ki, artıq yazılmış mətnləri müxtəlif üslublarda yenidən yazacaq

Skrinşot və təsvirə baxdığımızda "İnstaqram" DM-lərinə süni intellektlə yazılan mesajların gələcəyini görürük.

Şəkildə: Çata “Süni intellektlə yaz” adlı bölmənin əlavə edildiyini görə bilərik.

Xüsusiyyətin necə işləyəcəyi ilə bağlı dəqiq təfərrüatlar olmasa da, bəzi ehtimalımız var. Ekran görüntüsündə gördüyümüz kimi, mətn seçdiyiniz zaman süni intellektlə çap seçimi görünür. Bu da o deməkdir ki, süni intellekt yəqin ki, artıq yazdığınız şeyi müxtəlif üslublarda yenidən yaza bilər. Beləliklə, çox güman ki, mətnlər yazarkən sıfırdan bir şey yaratmaq kimi bir vəziyyət olmayacaq.

Meta-nın sınaqdan keçirdiyi bu xüsusiyyət haqqında bütün məlumatlar budur. Bunun nə vaxt istifadəçilər üçün əlçatan olacağını hələki bilmirik.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »