Bu barədə Bizimyol.info xəbər portalına Bahçeşehir Universitetinin Türk dünyası ilə əlaqələrdən məsul rektor müşaviri, təhlükəsizlik eksperti İhsan Alpargın danışıb. Politoloqun sözlərinə görə, Baydenin profili çevrəsində, xüsusilə, xarici siyasətdə çox ciddi zərbələr aldığı üçün problem yaşayır. Donald Trump isə, bunu çox yaxşı şəkildə istifadə edir.

“Trampın əlində çox əhəmiyyətli kartı var. Putin Ukrayna müharibəsində son əməliyyat üçün ABŞ-dakı seçkilərin nəticəsini gözləyir. Ukrayna məsələsi, ən azı Fələstin məsələsi qədər seçkilərə təsir göstərəcək. Həm Avropada, həm Amerikada Orta Şərq və Ukraynadakı əməliyyatlara qarşı çox ciddi müxalifət var. Vladimir Putin bunları bacardığı qədər manipulyasiya etməyə çalışacaq. Bu da böyük ehtimalla Trampın dəstəyi ilə həll olacaq. Bu vəziyyəti nəzərə alanda Trampın qazanacağını düşünürəm”-deyə İhsan Alpargın vurğulayıb.
İhsan Alpargının xüsusi video müsahibəsini Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.
İradə Cəlil, Bizimyol.info