Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NASA Yerdən 1,5 dəfə böyük yeni "Super planet" kəşf edib
NASA Yerdən 1,5 dəfə böyük yeni "Super planet" kəşf edib

Yerdən təxminən 1,5 dəfə böyük, 137 işıq ili uzaqlıqda olan və həyatın ola biləcəyi bölgədə yerləşən super planet kəşf edilib.

Bizimyol.info xəbər verir ki, "webtekno"nun dərc etdiyi yazıda bəşəriyyətin kosmosun sonsuz boşluğunu araşdırmaq səylərinin davam etdiyi qeyd edilir.

Bu səylərdə bəzən Yerə bənzər, lakin daha böyük planetlərə rast gəlinir. Bu planetlərə "super planetlər" deyilir. NASA bu yaxınlarda bu planetlərdən yeni birini kəşf etdi. 137 milyard işıq ili uzaqda olan bu planet yaşayış zonasında olduğu güman edilir.

Günəş sistemi kimi ulduz sistemlərində "Goldilocks" adlı yaşayış zonası var. Bu zona maye suyun mövcudluğuna əsasən müəyyən edilir. "TOI-715b" adlanan bu super planet də öz ulduzunun ətrafında bu bölgədə yerləşir. NASA-dan verilən açıqlamada atmosfer başda olmaq üzrə digər amillər uyğun olarsa, planetdə maye su ola biləcəyi bildirilib.

Planetimizdən təqribən 1,5 dəfə böyük olan bu planetin çox qısa bir ili var, öz ulduzu ətrafındakı orbitini cəmi 19 günə tamamlayır və ulduzuna çox yaxın orbitə malikdir. Normal şəraitdə öz planetinə bu qədər yaxın və sürətli bir planetin "cəhənnəm kimi" olacağı gözlənilirdi. Bununla belə, "TOI-715b"nin ulduzu qırmızı cırtdandır və bu ulduzlar Günəş kimi orta ölçülü ulduzlardan daha kiçikdir və daha az istilik yayır.

Tədqiqatın nəticələri "Royal Astronomical Society"nin aylıq bildirişlərində dərc edilib. Çox vaxt öz ulduzunun kölgəsində qalan bu göy cisminin müşahidəsi mühüm nailiyyət hesab olunur.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »