“Sivil Toplum” Monitorinq Koalisiyası 7 fevral tarixində keçirilən Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçki prosesi ilə bağlı növbəti açıqlama yayıb.
Koalisiyanın müşahidəçilərindən alınan rəylərə görə seçici fəallığı davam edir. Seçki məntəqələrində qanunvericiliyin tələblərinə riayət olunur, operativlik qorunur. Seçicilərin səsvermə hüququndan istifadə etmələri üçün tam şərait yaradılıb. Rəsmi məlumatlara görə saat 15:00-a kimi seçicilərin 60,54 faizi səsvermə hüququndan istifadə edib. Bəzi texniki qüsurlar olsa da, seçki prosesi sakit keçirilir. Ümumi olaraq, seçkidə ciddi nöqsan hələ ki, qeydə alınmayıb.
Xatırladaq ki, Koalisiyanın 613 müşahidəçisi respublika ərazində 60-dan çox seçki dairəsində seçkiləri müşahidə edir.