Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda ölümlə nəticələnən torpaq sürüşməsi baş verib, itkin düşənlər var
Gürcüstanda ölümlə nəticələnən torpaq sürüşməsi baş verib, itkin düşənlər var

Gürcüstanın Bağdat rayonunun (İmereti rayonu) Nergeti kəndində fevralın 7-nə keçən gecə torpaq sürüşmə baş verən ərazidə dağıntılar altından daha bir qurbanın meyiti çıxarılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə “İmedi” televiziyası məlumat verib.

Bununla da qurbanların sayı 4-ə çatıb. Torpaq kütləsi sürüşərək dörd yaşayış binasının üzərinə tökülüb. Axtarış-xilasetmə işləri davamlı olaraq həyata keçirilir.

“Bu vaxta qədər aparılan intensiv axtarış-xilasetmə işləri nəticəsində 4 nəfərin cəsədi tapılıb, 5 nəfərin axtarışları davam etdirilir”, deyə Gürcüstanın Fövqəladə Hallar Xidmətinin rəhbəri Temur Mqebrişvili bildirib. O qeyd edib ki, axtarışlar bütün qurbanlar tapılana qədər davam edəcək.

"200-dən çox yanğınsöndürən və xilasedici, bir qrup kinoloq, avadanlıq və pilotsuz uçuş aparatları hadisə yerinə səfərbər edilib", - deyən Mqebrişvilinin sözlərinə görə, işlərin günün sonuna qədər başa çatdırılması gözlənilir.

Sinoptiklər fevralın 8-dək güclü yağış, külək, qar, lil, dənizdə güclü tufan, dağlıq ərazilərdə çovğun, yolların buz bağlayacağını proqnozlaşdırırlar. Sinoptiklər fevralın 8-dən ölkə ərazisində havanın temperaturunun kəskin artacağını və yağıntısız hava şəraitini proqnozlaşdırırlar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »