Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokuror qadını zorladıqdan sonra boğan idmançıya cəza istədi - dəhşətli TƏFƏRRÜATLAR
Qadını zorladıqdan sonra qətlə yerinə idman müəllimi Fəttah Nuriyevin məhkəməsi davam etdirilib. "Bizim Yol" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı çıxış edərək F.Nuriyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi isə təqsirləndirilənə ən ağır cəza - ömürlük azadlıqdan məhrumetmə verilməsini tələb edib.

Çıxış üçün əqsirləndirilən şəxsə son söz verilsə də, o, məhkəmədən vaxt istəyib.

Proses fevralın 23-də davam edəcək.

Dəhşətli hadisə ötən il Sumqayıtda baş verib. İdmanla məşğul olan 29 yaşlı Fəttah Nuriyev Sumqayıtda 3-cü mikrorayonda yaşayıb və 10 nömrəli məktəbdə məşq keçirmiş. O, 1982-ci il təvəllüdlü Sevda Bayramovanı əvvəl zorlayıb, sonra isə boğaraq öldürüb. Ailəli olan S.Bayramova 2 övlad anası olub.

Hadisənin baş verməsinə gəlincə, avqustun 7-də Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində şəhər sakini Sevda Bayramovanın meyiti tapılıb. Sumqayıt şəhər Prokurorluğu və Şəhər Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadının şəhər sakini Fəttah Nuriyev tərəfindən boğularaq öldürülməsi müəyyən edilib. Görülən tədbirlər nəticəsində F. Nuriyev tutulub və cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, F.Nuriyev sərxoş vəziyyətdə olarkən Sumqayıtda “Göyərçin” abidəsi tərəfə gedən Sevdanı görüb və qadının üzərində qızıl-zinət əşyalarını ələ keçirmək istəyib. Təqribən 500 metr məsafə qətl edərək cinayət əməlini həyata keçirmək üçün əlverişli şəraitin yaranmasını gözləyib. O, havanın qaranlıq və qadının dayandığı ərazinin işıqsız olmasından istifadə edərək, ona hücum edib. yerə yıxıb, bir neçə zərbə vurub. Qadının səsi çıxmasın deyə, onun ağzından tutaraq sıxıb və sürüyərək gül kollarının arasına aparıb. Alışqanı yandıraraq qadının sırğalarına baxdıqda qızıl olmadığını görüb. Buna görə də quldurluq niyyətini sona çatdıra bilməyib. Ancaq cinayət əməlini davam etdirərək qadınla cinsi əlaqədə olmaq qərarına gəlib. O, qadının gücsüz olmasından istifadə edərək onu soyundurub və kolluqda təbii və qeyri təbii yolla cinsi əlaqədə olub. Daha sonra isə qadının ağzını torpağa sıxıb, onun qarın boşluğuna zərbələr endirərək qəsdən öldürüb. Qadın boğularaq hadisə yerindəcə ölüb.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq), 149.1-ci(zorlama), 1501.1 (seksual xarakterli hərəkətlər etmə), 120.2.6-cı (Zorlama və seksual xarakterli başqa zorakı hərəkətlə bağlı adam öldürmə) maddəsi ilə ittiham verilib.

Təqsirləndirilən ailəlidir və bir azyaşlı övladı var.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »