Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Vətəndaş və ayrı-ayrı broker şirkətlər dövlətin özəlləşdirdiyi müəssisələrdə payçı ola bilərlər"
"Vətəndaş və ayrı-ayrı broker şirkətlər dövlətin özəlləşdirdiyi müəssisələrdə payçı ola bilərlər"

"Dövlətin strateji müəssisələrinin bəziləri xarici və yerli şirkətlərə satılacaq. Bu haqda hələ keçən ildən prezident fərmanı var. Belə ki, neft-qaz, rabitə, eləcə də, qızıl hasilatı və emalı sahələrinə aid bəzi müəssisələr səhmləşdiriləcək, bu səhmlərin bir hissəsi satışa çıxarılacaq. Beynəlxalq Bankın səhmlərinin bir qismi də satılacaq". Bu barədə İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Xidmətinin rəisi Mətin Eynullayev bu haqda mətbuata məlumat verib.

İqtisadçı, alim Emin Qəribli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, özəlləşdirmənin bir neçə məqsədi var. Bir çox məqsədlər dövlətə məxsus olduğuna görə, burada səmərəli idarəçilik baxımından səmərəli idarə olunmur. İqtisadçının fikrincə, bir çox hallarda özəlləşdirilib və təbii ki, özəlləşdirildikdən sonra da müvafiq şərait yaradılır ki, onlar inkişaf etsin. Amma bir çox ölkələrdə obyektlər o qədər çoxdur ki, büdcəni doldurmaq üçün belə satışdan əldə etdikləri gəlirlərdən müəyyən büdcə yaradaraq, problemləri həll edirlər.

Emin Qəribli Emin Qəribli

“Bizim belə büdcəmiz bundan asılı deyil. Amma onun da, istər-istəməz payı var, büdcəyə müəyyən pullar daxil olacaq. Bu da müsbət haldır. Bu müəssisələr müvafiq qanunvericiliyə görə, rəqabət mühitinə görə, elan olunacaq. Burada həm xarici, həm daxili müəssisələr də bu satışda iştirak edəcəklər. Bəzən deyirlər ki, birbaşa investitsiyalar yatırılacaqsa, xarici investorların olması daha yaxşıdır”-deyə iqtisadçı əlavə edib.

Emin Qəribli vurğulayıb ki, bu satış prosesi səhm formasında keçiriləcək. Təbii ki, bu səhm formasında satılsa da, 10%-dən 15%-dən çox olarsa, artıq səhmləri əldə edən müəssisə idarə edir. Bunlar təbii ki, böyük müəssisələrdir. Kiçik müəssisələrin imkanlar yoxdur.

“Bu müəssisələr SOCAR kimi böyük müəssisələrdir. Bu müəssisələrdə idarəetmədə təkmilləşmə işləri gedir. Xaricdə ayrı-ayrı sahələr üzrə, məsələn orada mədən sahəsi və digər sahələr var. Bu sahələrdə ixtisaslaşan, nüfuza malik olan beynəlxalq təşkilatlar olsa yaxşı olardı”-deyən Emin Qəriblinin sözlərinə görə, səhmlərin səhm formasında satılması müsbət bir haldır. Bu zaman hətta adi vətəndaş da səhmlərin müəyyən hissəsini alabilər. Bu isə, ölkədə maliyyə resurslarının akkumulyasiya edilməsinə də imkan yaradacaq. Ölkədən kənara valyuta axınının qarşısını ala bilər. Ümumiyyətlə, ən vacib amil odur ki, səhm bazarı və qiymətli kağızlar bazarı canlana bilər.

“Ola bilər ki, bu böyük şirkət ola bilər. Bunun 20%-ni hansısa iri və ya xarici şirkət əldə etsə belə, qalan hissəsini adi vətəndaş, ayrı-ayrı broker şirkətlər investisiya fondu yaradıb, payçı ola bilərlər. Bu mənim fərziyyələrimdir. Zənnimcə, bu səhm yaradılırsa, burada müəyyən institut da formalaşdıracaqlar. Təbii ki, bu investisiya fondu yaradılarsa, adi vətəndaşlar da maraqlı olacaqlar ki, bu müəssisələrin müəyyən səhmlərindən istifadə olunacaq.

Mən də iqdisadiyyatçıyam. Məndən gəlib, kimsə soruşsa ki, mən səhm alım almayım? Mənim məsləhətim ondan ibarət olacaq ki, bu müəssisəni kim idarə edəcək? Açığı deyim, məmur idarə edəcəksə, niyə özəlləşdirməyə çıxarılıb? Amma yox, nüfuzlu ayrı-ayrı şirkətlər, ayrı-ayrı ölkələrdə təcrübəyə malik şirkətlər daha uğurlu olacaq”-deyə alim vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »