Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tarixin ən yadda qalan oğruları – Küçəni, körpünü turistlərə, Tac Mahalı satan… – FOTOLAR
Ən qədim zamanlarda Spartalılar oğurluğu deyil, ələ keçməyi cəzalandırırmışlar.

İndi isə vəziyyət bir qədər başqadır. Hazırda dünya ölkələrində adla tanınan quldurlar var ki, onlar haqqında kitablar yazılır, hətta böyük büdcəli filmlər çəkilir. Bunlardan bir neçəsini sizə təqdim edirik:

1) Frank Villiam Abiqneyl

Frank Villiam Nyu-York şəhərində, ailənin tək övladı olaraq dünyaya gəlib. Hələ uşaqkən anası və atası ayrılır, Frank isə Nyu-York-da təkbaşına yaşamalı olur. Bundan sonra ona “Big Nale”( Böyük Nalə) adını verirlər. O, artıq 19 yaşında Amerika tarixinin ən gənc və cəsur oğrusu adını alır. 1964-cü ildən 1967-ci ilə qədər uğurlu şəkildə Panam hava yollarında çalışan bir pilotu təqlid etməklə 2 milyon mildən artıq məsafəni pulsuz qət edir. Eyni zamanda həmin illərdə Corciya xəstəxanasında yatılı uşaq həkimi və Luiziana əyalətində prokuror köməkçisi olaraq işləyir. Bütün bunlardan sonra 12 il həbs cəzası alan Frank bir müddət sonra FBI-dan gələn təklif üzərinə məhkumluq həyatının qalan hissəsini “Dələduzluq Kontrol” departamentində davam etdirməyə başladı. Hazırda Abigneyl və Assoşieyts adlı şirkətləri idarə edir.

2) Natvarlal

Tam adı Mithileş Kumar Srivastava olan Natvarlal Hindistanda dünyaya gəlib. Onun hüquq təhsili olmasına baxmayaraq sonralar ölkəsinin “Oğrular tanrısına” çevrilir. Natvarlal özünün müdhiş girişimci bacarığından istifadə edərək məşhur tarixi Qırmızı qəsrdən tutmuş, Tac Mahalı satışa çıxarmağa, hətta onu satmağa qədər böyük səs gətirəcək oğurluqlara imza atıb. Bununla kifayətlənməyərək Parlament binası, üstündə 545 millət vəkilini də satmağa nail olub. 8 dəfə tutulmağına baxmayaraq, hər dəfəsində həbsxanaya addım atmadan qaçmağı bacarıb. Ən son qaçdığında 84 yaşı olan bu şəxs 2009-cu ildə dünyasını dəyişib. Və yaşadığı kənddə ona heykəl ucaldılıb.

3) Stefen Blumberq

Dünyanın ən fərqli oğruları sırasında yer tutmağı bacaran Blumberq Seynt Paulda dünyaya gəlib. O, tarixin ən tanınmış Bibliyomanıdır ( Kitab düşkünü). Toplamda 5.3 milyon dollar dəyərində 23 min 600 kitab oğurlayıb. Bununla yanaşı pul qazanmaq məqsədi ilə tez-tez əntiq əşyalar oğurlamasına baxmayaraq, kitablarının heç birini satmayıb. Onun evinin nəşriyyat evinin deposunu xatırlatdığını da deyənlər var.. Bu görə o, illərlə həbs olunsa da həbsdən çıxdıqdan sonra yenə eyni vərdişlərindən əl çəkə bilməyib.

4) Ziya Sülün Osman

1923-cü ildə İstanbulda dünyaya gələn Sülün, Türkiyənin ən tanınmış oğrularındandır. Hətta onunla bağlı bir çox lətifələr və onun adına çəkilmiş film belə mövcuddur. Hətta məşhur türk yazar Aziz Nesin kitabında onun adını çəkərək tənqidi fikir bildirməsi Sülünün xoşuna gəlmədiyi üçün Aziz Nesini məhkəməyə verib.

Sülün Osman bir neçə dostu ilə bərabər Dolmabağça sarayının qarşısındakı saatı fırıldaq yolu ilə əcnəbilərə satdırıb. Taksim Meydanında da buna bənzər hadisə ilə pul qazanıb. Taksim Meydanına ayaqaltı sərib oradan keçənlərə “bura mənimdir”- deyərək gediş pulu alıb. Hətta Taksim Meydanını bir nəfərə satdığı da məlumdur. Bunlarla yanaşı Qalata Qülləsini də satmağı bacarmışdır. Hətta “Hakim bəy, bu ölkədə Qalata qülləsini alacaq eşşəklər olduğu müddətcə mən bu qalanı sataram” deyib özünü məhkəmədə bu sözlərlə müdafiə etmişdir. Sülün Osçman son dəfə Galata körpüsünü satmasından sonra filmlərə mövzu olmuş, yalnız bundan sonra polislər tərəfindən tutulub.

5) Qreqor Makqreqor

1786-cı il Edinburq doğumlu olan Makqreqor kral hərbi donanmasında xidmət edib və Venesuella ordusuna rəhbər təyin olunub. 1820-ci ildə Londona qayıdıb və bundan sonra öz fırıldaqları ilə tarixdə iz qoymağı bacarıb. Londona gələrək burada özünü heç olmayan bir ərazi, Poyaisin kralı olaraq təqdim edib. Hər kəsə isə Honduras körfəzindəki bu torpaqların yaşamaq üçün ideal bir coğrafiya və iqlimə sahib olduğunu, tropik xəstəliklərin mövcud olmadığı, buranın sakinlərinin isə “çox ingilis sevər” olduqlarını deyib. Lakin yalanın ömrü uzun olmayıb. Bir neçə gün sonra qəzetlər var olmayan Poyais başlıqlı xəbər yazıblar. Bundan sonra Makqreqor aradan çıxaraq bir müddət sonra Fransada peyda olub. Burada da öz yalanını davam etdirərək var olmayan torpaqların satışından külli miqdarda gəlir əldə edib. Bu səfər də polislərin əlindən qaçmağı bacarıb.

Ömrünün son günlərini isə Venesuellada keçirən Makqreqor 58 yaşında burada vəfat edib.(minval.info)

Son xəbərlər
Bütün xəbərlər »