Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Ərdoğan: "Əsrin fəlakətinə qarşı əsrin birliyi nümayiş etdirildi"
Prezident Ərdoğan: "Əsrin fəlakətinə qarşı əsrin birliyi nümayiş etdirildi"

Prezident Ərdoğan sosial media hesabında 6 fevral zəlzələlərinin ildönümü ilə bağlı paylaşım edib. Ərdoğan paylaşımında: "Bir il əvvəl yaşadığımız, mərkəzi Kahramanmaraş olan zəlzələlərdə itirdiyimiz canların acısı ilk günün təravəti ilə ürəyimizi yandırmağa davam edir", - deyib.

Bizimyol.info xəbər verir ki, Prezident Ərdoğan sosial media hesabında 6 fevral zəlzələlərinin ildönümü ilə bağlı paylaşım edib.

"İtirdiyimiz 53 min 537 canın hər birinə Allahdan rəhmət, yaxınlarına və millətimizə başsağlığı diləyirəm. Əsrin fəlakətində xəsarətlər alan 107 mindən çox vətəndaşa bir daha keçmiş olsun deyirəm. Müalicəsi hələ də davam edən yaralılarımıza Allahdan şəfalar diləyirəm", - deyə qeyd edib.

Prezident Ərdoğan paylaşımında: “Bəşər tarixinin ən qədim yaşayış məskənlərindən olan 11 əyalətimizdəki dağıntılar həqiqətən də çox böyük idi. Belə böyük fəlakətlər, böyük iztirablar həm də xalqların birliyinin, həmrəyliyinin, qardaşlığının gücünün sınandığı dönüş nöqtələridir. Allaha şükürlər olsun ki, xalqımız bu ağrılı və tarixi sınaqdan uğurla çıxdı. Dövlətimiz bütün imkanları ilə dərhal hərəkətə keçərkən, Türkiyə bir ürək, bir can oldu, millətimiz zəlzələdən zərər çəkmiş qardaş-bacılarının yanında oldu, əsrin fəlakəti qarşısında əsrin birliyini nümayiş etdirdi.

Həyatını itirən vətəndaşlarımızı Fatihələrlə, dualarla, hüznlə yad edir, eyni zamanda, millətimizə verdiyimiz vədləri yerinə yetirmək üçün var gücümüzlə çalışırıq. Şəhərlərimizi tikib canlandırana və evi dağıdılan və ya yararsız hala düşmüş sonuncu vətəndaşı təhlükəsiz evə gətirənə qədər bu səyləri davam etdirəcəyik. Allah ölkəmizi, millətimizi bir daha belə fəlakətlərə məruz qoymasın, bizi belə sınaqlara məruz qoymasın!", - deyə Prezident qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »