Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yandex" olan-olmazını satıb Rusiyadan gedir
"Yandex" olan-olmazını satıb Rusiyadan gedir

"Yandex"in çətir şirkəti olan Hollandiyada yerləşən “Yandex NV” Rusiyadan tamamilə çıxmaq qərarına gəlib.

“Lukoyl”un da daxil olduğu konsorsium “Yandex” üçün 5,2 milyard dollar ödəməyə razılaşıb.

Bizimyol.info xəbər verir ki, bir vaxtlar "Google"un rəqibi sayılan, lakin sonradan populyarlığını itirən "Yandex" ilə bağlı mühüm hadisələr baş verib.

Yandex xidmətlərinin çətir şirkəti olan Hollandiyada yerləşən "Yandex NV" Rusiyadan tamamilə çıxmaq qərarına gəlib. Qərarın səbəbi, təxmin etdiyiniz kimi, Rusiyanın Ukraynaya qarşı başlatdığı, iki ilə yaxındır davam edən müharibədir.

"Yandex NV"nin verdiyi rəsmi açıqlamaya görə, şirkətin Rusiyadakı bütün aktivləri özəl konsorsiuma satılacaq. 5,2 milyard dollarlıq satışdan sonra "Yandex"in Rusiyadakı mövcudluğu tamamilə bu konsorsiuma aid olacaq. Mövzu ilə bağlı verilən açıqlamada 2022-ci ilin fevral ayından etibarən müxtəlif çətinliklərlə qarşılaşıldığı və ən yaxşı həll yoluna gəlindiyi bildirilib.

"Yandex NV" 18 aylıq razılaşma prosesində radikal qərar qəbul edib. Bu qərara əsasən, "Yandex NV" "Yandex" brendindən istifadəni dayandıracaq. Başqa sözlə, bu brendin ad hüququ konsorsiuma, o cümlədən Rusiyanın neft nəhəngi “Lukoyl”a keçəcək. Bu qərarın axtarış sisteminin gələcəyinə necə təsir edəcəyini birlikdə görəcəyik.

Qəbul edilən qərar Rusiya hökumətini qane edib. Əslində, bu təəccüblü deyil, çünki "Yandex" bundan sonra yalnız ruslara məxsus bir media olacaq. Mövzu ilə bağlı açıqlama verən hökumət sözçüsü Dmitri Peskov: "Bilirik ki, "Yandex" milli texnologiya öncüllərindəndir. Əlbəttə, şirkətin ölkədə fəaliyyətini davam etdirməsi bizim üçün vacibdir",- deyə qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »