Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu seçki sadəcə Azərbaycan üçün deyil, Cənubi Qafqaz üçün də önəmlidir"
"Bu seçki sadəcə Azərbaycan üçün deyil, Cənubi Qafqaz üçün də önəmlidir"

“Bu, çox mühüm əhəmiyyət kəsb edən seçkidir. Əsas məsələ də ondan ibarətdir ki, bu seçkilər müstəqil Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş, Azərbaycanın bütün ərazilərində keçiriləcək. İşğaldan azad olunmuş ərazilərdə artıq mərkəzi seçki komitəsinin də verdiyi məlumata görə seçki məntəqələri tam şəkildə fəaliyyətinə hazırdır. Və Azərbaycanın istənilən bölgəsində, eyni zamanda səfirliklərimizdə də xaricdə yaşayan və çalışan Azərbaycan vətəndaşlarının seçkidə iştirak etməsi üçün tam şəkildə bütün şərait yaradılıb”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Arzu Nağıyev danışıb. Arzu Nağıyev qeyd edib ki, bu prezident seçkiləri tək Azərbaycan üçün deyil, eyni zamanda Cənubi Qafqaz, bütün dünya üçün əhəmiyyət kəsb edən bir seçkidir.

Arzu Nağıyev Arzu Nağıyev

“Mövcud geosiyasi vəziyyət bu gün elədir ki, məhz seçkilərin keçirilməsi bütün daxili və xarici təchiz edə biləcək amil kimi qarşıda durur. Əsas məqam da odur ki, bütün namizədlərə eyni şərait yaradılıb. İstər kütləvi informasiya vasitələrində təbliğat proqramları, seçicilərlə görüşlər və s. Yəni ən ucqar ərazilərimizdə belə bu fəaliyyət mümkündür.

Deputat bildirib ki, fevralın 7-də Azərbaycan xalqı, hər bir Azərbaycan vətəndaşı öz sözünü deyəcək. Gələcəyimizin naminə, eyni zamanda gələcək perspektivlərin naminə öz səsini verəcək.

“Dünyada seçmək və seçilmək kimi çox mühüm məfhum var. Hər bir Azərbaycan vətəndaşı qürurla öz səsini verməlidir. Eyni zamanda öz fikrini bildirməlidir. Mərkəzi seçki məntəqəsinin məlumatına görə, fiziki cəhətdən imkanı olmayan şəxslərlə bağlı müvafiq addımlar atılıb və onlar da öz seçkidə səsvermə hüququndan istifadə edə biləcəklər.

Bu gün Avropada, ümumiyyətlə Qərbdə Azərbaycana maraq həddən artıq çoxdur. Bu seçkidə də məlum məsələdir ki, çoxsaylı müşahidəçilər iştirak edəcək. Yaxın qonşularımızdan tutmuş, dünyanın hər yerindən MDB məkanı, eyni zamanda digər strukturlar, Avropa, Qərb bu seçkilərdə iştirak edəcək.

Seçki çox böyük əhəmiyyət kəsb edən bir tədbirdir. Azərbaycan xalqı da bu seçkidə öz sözünü deyəcəkdir”-deyən deputat vurğulayıb ki, seçkilər tam şəkildə qalib xalqa uyğun olaraq keçiriləcək.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »