Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cənubi Koreya İndoneziya mühəndislərini "KF-21" qırıcı texnologiyasını oğurlamaqda şübhəli bilir
Cənubi Koreya İndoneziya mühəndislərini "KF-21" qırıcı texnologiyasını oğurlamaqda şübhəli bilir

Cənubi Koreya hakimiyyəti İndoneziyadan olan mühəndisləri iki ölkə arasında birgə layihə olan "KF-21" döyüş təyyarəsinin inkişafı ilə bağlı texnologiyanı oğurlamağa cəhd etdiklərinə görə araşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi Müdafiənin Əldə Edilməsi Proqramı Administrasiyası (DAPA) və Silahlı Qüvvələrin Əks Kəşfiyyat Komandanlığındaki mənbələrə istinadən məlumat yayıb.

İndoneziyalılar "KF-21"i hazırlayan KAI şirkətində işləyirdilər. Mühəndislərin ölkədən çıxışı qadağandır. Onlar təyyarənin inkişafı ilə bağlı məlumatları USB diskdə saxlamaqda şübhəli bilinirlər. İstintaqı Koreya Respublikasının Milli Kəşfiyyat Xidmətinin və Silahlı Qüvvələrin Əks-Kəşfiyyat Komandanlığının nümayəndələri aparır.

“İstintaq hazırda saxlanılan məlumatlarda strateji texnologiyaların olub-olmadığını müəyyən etməyə çalışır”, - agentliyin mənbəsi bildirib.

İndoneziya bu təyyarənin hazırlanmasında Koreya Respublikasının tərəfdaşıdır və Cənub-Şərqi Asiya ölkəsi layihənin xərclərinin 20%-ni ödəməyi öhdəsinə götürüb. Amma İndoneziya hələ də təxminən 1 trilyon von (754 milyon dollar) ödəməyib. "KF-21"in istehsalına 2024-cü ildə başlanması planlaşdırılır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »