Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyədə qaçaq yaşayan ailələr dövlətlər arasında razılaşmaya baxmayaraq, müraciətləri asqıda qalıb".
"Türkiyədə qaçaq yaşayan ailələr dövlətlər arasında razılaşmaya baxmayaraq, müraciətləri asqıda qalıb".

Türkiyədə yaşayan azərbaycanlların problemləri bitib-tükənmək bilmir. Belə ki, hələ 90-cı illərdə ailələri ilə Türkiyəyə köçmüş Azərbaycan vətəndaşları uzun müddətdir ki, müddətsiz yaşamaq icazəi almaqda çətinlik çəkirlər. Onlardan bəziləri bu icazəni ala bilsə də, bəziləri hələ də qaçaq vəziyyətində yaşayırlar.

“Türkiyə-Azərbaycan Mədəniyyə evi”-nin rəhbəri Hikmət Elp Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyədə yaşayan azərbaycanlıların problemləri bu gün də davam edir. Bunların arasında, xüsusilə 90-cı illərdə Türkiyəyə gələrək qaçaq yaşayan ailələr dövlətlər arasında razılaşmaya baxmayaraq, onlara müddətsiz yaşamaq icazəsi verilməsi üçün etdikləri müraciətlər asqıda saxlanılır.

Hikmət Elp Hikmət Elp

Hikmət Elpin sözlərinə görə, 4 minə yaxın müraciət var ki, hələ onlara müddətsiz yaşamaq icazəsi verilməyib.

“Təəsüf olsun ki, müddətsiz yaşamaq icazəsini pul qarşılığında həyata keçirənlər ortaya çıxıb. Bu məsələləri mən Köç idarəsi ilə danışmışam. İzah etmişəm ki, siz bu işləri təşkilatlar vasitəsilə ilə həyata keçirməlisiniz. Şəxslər vasitəsilə ancaq pulla etmək olar. Türkiyədə bir təşkilat var. O məktəbə gedə bilməyən tələbələrin də məsuliyyətini götürüb. Bu, Şərqiyyə Məmmədova dərnəyidir. Beləcə işə başlanıldı. Hardasa 4-5 min insana müddətsiz yaşama icazəsi verildi. Ancaq bu işi pul ilə görənlər də var idi. Biz bununla bağlı Köç İdarəsinə məlumat verdikdən sonra icazələrin verilməsi dayandırıldı. 8 ay müddətində heç kimə yaşamaq üçün icazə verilmədi. İndi yenə əl atından kimsə 1500-2500 dollara müddətsiz yaşamaq üçün icazə alır. Burada bizim insanların da işin içində olması və bu işdən qazanc götürmək istəməsinin də payı var”-deyə Hikmət Elp vurğulayıb.

Hikmət Elp hesab edir ki, bu şəxslər cəzalandırılmalıdır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »