Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ölkədə Mərkəzi Bankın uçot dərəcəsini qaldırması nəticəsində pul siyasəti, nəğd pul təklifi bahalaşır"
"Ölkədə Mərkəzi Bankın uçot dərəcəsini qaldırması nəticəsində pul siyasəti, nəğd pul təklifi bahalaşır"

"Mərkəzi bankın uçot dərəcəsi ümumən ölkə üzrə pul kredit siyasətinin maliyyə siyasətinin əsas elementlərindən, amillərindən birini təşkil edir. Söhbət təkcə Azərbaycandan getmir, hər bir ölkə üzrə bankların o cümlədən pul vahidinin faizi ilə məzənnəsi, yəni bankların təqdim etdikləri kreditlərin faiz səviyyəsi milli valyutanın məzənnəsi, məhz Mərkəzi bankın uçot dərəcəsinə əsasən müəyyən olunur. Amerika Birləşmiş Ştatlarında federal ehtiyat sistemi onların mərkəzi bankı sayılır. Uçot dərəcəsini qaldıranda dünyanın o başında Banqladeş, İndoneziyada ABŞ valyutasının məzənnəsi, onun möhkəmlənməsi və sabit qalması və yaxud məzənnədən düşməsi, dəyərdən düşməsi ucuzlaşması və s. kimi elementlər dərhal özünü göstərməyə başlayır".

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Pərviz Heydərov danışıb. İqtisadçı bildirib ki, istənilən ölkədə Mərkəzi Bankın uçot dərəcəsini qaldırması nəticəsində pul siyasəti, nəğd pul təklifi bahalaşır. Əksinə olduqda, pul siyasətinin nəğd pul qiyməti məzənnəsi ucuzlaşır. Bu səbəbdən də, mərkəzi banklar sərt pul kredit siyasəti yeridəndə uçot dərəcəsini qaldırır, ucuz pul kredit siyasəti yeridəndə uçot dərəcəsini aşağı salır.

Pərviz Heydərov Pərviz Heydərov

“Bunun məğzi bütün ölkələr üzrə budur. Bizdə də Mərkəzi Banka uçot dərəcəsini bir ara 9%-ə qədər qaldırması məhz ölkədə inflyasiyanın yüksək səviyyədə təşkil etməsi, yüksək bahalaşma ilə əlaqədar idi. İndi bu tendensiya zəifləyib. Yəni keçən il ərzində inflyasiya və bahalaşma tentensiyası nisbətən zəifləməyə doğru start götürdü. Bu proses hazırda da öz tempini saxlamaqdadır”-deyə iqtisadçı əlavə edib.

İqtisadçı vurğulayıb ki, inflyasiya və bahalaşma hələ də qeyri qənaətbəxş səviyyədədir. Bu səbəbdən də, mərkəzi bank artıq bununla neçənci dəfədir ki, müəyyən etdiyi uçot dərəcəsini tədricən endirir. Bu gün də 8%-dən 7,75%-ə endirib.

İqtisadçı bildirib ki, bu mərkəzi bankın tədricən yumşaq pul kredit siyasətinə keçdiyini göstərir, bu istəyi nümayiş etdirir. Eyni zamanda ölkədə iqtisadi aktivliyi sahibkarlıq fəaliyyətini stimullaşdırmaq üçün pul vəsaitlərinin qiymətini bu yolla ucuzlaşdırma siyasəti yeridir.

Pərviz Heydərov qeyd edib ki, Azərbaycanda Mərkəzi Bank üzrə sözügedən qərarları ilə xarici ölkələrdəki mərkəzi bankaların eyni anoloji siyasəti ilə ciddi şəkildə fərqlənir. Bu baxımdan bizdə uçot dərəcəsini endirəndə kommersiya banklarının kredit faizləri heç də ucuzlaşmır. Dövriyyədə nəğd pul həcmi artmış olsa da ucuz pul kredit siyasəti həyata keçirildiyi nəzərə çarpmır. Çünki Mərkəzi Bankın uçot dərəcəsi ilə kommersiya bankları əhaliyə və sahibkarlara təklif etdikləri kredit resusları qiymət faizi arasında müvafiq tələb olunan əlaqə yoxdur.

“Bu səbəbdən də, bizdə mərkəzi bankın uçot dərəcəsinin aşağı endirməsi və yaxud da qaldırması ölkədə pul kredit siyasətinə ciddi təsir nümayiş etdirmir. Xarici ölkələrdən fərqli olaraq, inkişaf etmiş ölkələrdən fərqli olaraq, bu iqtisadiyat üçün lazımi önəmli təsir xarakteri kəsb etmir”-deyə iqtisadçı vurğulayıb.

İradə Cəlil,Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »