Kanada polisi Edmonton yaxınlığındakı kurortdan təxminən 225 kiloqram ağırlığında donmuş ağ ayısının oğurlanması ilə bağlı araşdırma aparır.
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, təxminən 3,6 metr hündürlüyündə olan ayının yanvarın əvvəllərində, temperaturun mənfi 30 dərəcəyə yaxın olduğu soyuqlar zamanı qaçırıldığı güman edilir.
Polisin məlumatına görə, ayının oğurlanması barədə yanvarın 22-də otelin operatorları məlumat veriblər. İctimaiyyətdən nəhəng dondurulmuş ayıya diqqət yetirmələri istənilib.
Obyekt Edmontondan təxminən 50 kilometr şimalda, Sturgeon County-də yerləşir. Müstəntiqlərin dediyinə görə, kurort keçən avqust ayında oğurluq zamanı mülkdən iki dondurulmuş yenotun oğurlandığı "oxşar hadisənin" şahidi olub.
Kanada Kral Atlı Polisi üç dondurulmuş heyvanın təxminən 35 min Kanada dolları dəyərinnə başa gəldiyini söyləyib. Hadisələrin əlaqəli olub-olmaması hələlik bəlli deyil.
Qadir, Bizimyol.info