Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Silah istehsalı korporasiyaları Pentaqon ilə müqavilələrdən imtina edir
Silah istehsalı korporasiyaları Pentaqon ilə müqavilələrdən imtina edir

"Northrop Grumman", "Lockheed Martin" və "Raytheon Technologies" (RTX) kimi ABŞ-ın bir sıra hərbi sənaye korporasiyası itkilərdən qorxaraq xaricdən gələn təhdidlərə qarşı mübarizə aparmaq üçün yeni silah sistemlərinin istehsalı üçün Pentaqon ilə bəzi müqavilələrdən imtina edir.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşrin yazdığına görə, sənayedə narazılıq aylardır davam edirdi, lakin "Northrop Grumman" yeni "B-21 Raider" bombardmançı proqramına əlavə 1,2 milyard dollar xərclədiyini elan etdikdən sonra vəziyyət daha da gərginləşib. Bildirilir ki, istehsal xərclərinin artması inflyasiya, eləcə də pandemiya və işçi qüvvəsi çatışmazlığı səbəbindən tədarük zəncirində yaranan problemlərdir.

Müdafiə rəhbərləri investorları inandırmağa çalışırlar ki, onlar xərclərin aşılması riski yüksək olan “layihələri təqib etməyəcəklər”. Beləliklə, 2023-cü ilin yayında "Northrop Grumman" "F-22"ni əvəz etməli olan yeni reaktiv qırıcıların hazırlanması proqramında iştirakdan imtina edib. "L3Harris Technologies" də bir neçə müqavilədən imtina edib.

"The Wall Street Journal" yazır ki, ABŞ-ın ən böyük müdafiə podratçılarından ikisi olan "Lockheed Martin" və "RTX" Pentaqonun sabit qiymətli müqavilələrindən itkilərə məruz qalıb.

Qəzet yazır ki, Pentaqon gələcəkdə oxşar problemlərin qarşısını almaq üçün müqavilə şərtlərini yumşaltmaq üçün addımlar atdığını bildirib və "gözlənilməz iqtisadi şərtləri nəzərə almaq" lazım olduğunu bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »