Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azercell-in Müştəri Məmnuniyyəti indeksi 94%-i ötüb
Azercell-in Müştəri Məmnuniyyəti indeksi 94%-i ötüb

Lider mobil operator Əlaqə Mərkəzinin 2023-cü il üzrə nəticələrini açıqlayıb.

Müştərilərinə operativ və keyfiyyətli şəkildə xidmət göstərməyi hədəfləyən Azercell müraciətlərin vaxtlı-vaxtında cavablandırılmasını, eləcə də müştərilər tərəfindən irəli sürülən bütün təklif və şərhlərin diqqətlə araşdırılmasını təmin etməyə müvəffəq olub.

2023-cü il ərzində Azercell-in Əlaqə Mərkəzi ümumilikdə 3 milyona yaxın zəng qəbul edib. Daxil olan müraciətlər ortalama ilə 2 dəqiqə 20 saniyə ərzində cavablandırılıb ki, bu da dünyada qəbul edilmiş 6-7 dəqiqə standartı ilə müqayisədə yüksək göstəricidir.

Təqdim etdiyi xidmət keyfiyyətini daha da artırmağı hədəfləyən Azercell bu sahədə önəmli texnoloji yeniliyə də imza atıb. Şirkət ötən ilin noyabr ayında Azərbaycan dilində tam spektr xidməti göstərən süni zəka əsaslı ilk virtual assistenti istifadəyə verib. Müştəriləri Əlaqə Mərkəzinin operatorlarına yönləndirmədən bir çox servisi dərhal özü həyata keçirən  AiCell adlı bot abunəçi sorğularını daha operativ şəkildə emal etməyə dəstək olur. Bununla da Azercell daha qısa müddət ərzində daha çox müraciət cavablandırır və eyni zamanda, müştərilərinin vaxtına qənaət edir. Qeyd edək ki, virtual assistentin ünsiyyət funksiyaları və xidmət imkanları daima genişləndirilir və yaxın bir neçə ay ərzində bota daha iki özünəxidmət funksiyası əlavə ediləcək.

Eyni zamanda, Azercell rəqəmsal kanallar vasitəsilə də fasiləsiz xidmət göstərməyə davam edib. Ötən il ərzində şirkətə onlayn kanallar üzərindən 1,5 milyona yaxın müraciət daxil olub ki,  onlardan təxminən 440 000-i sosial şəbəkələrdən ünvanlandırılıb. Hazırda Azercell-in müştəri xidmətləri Facebook,  Instagram, Twitter, LinkedIn və YouTube platformalarında fəaliyyət göstərir.

Müştəri Xidmətləri sahəsində beynəlxalq standartlara uyğun fəaliyyət göstərən Azercell ötən il “ISO 18295-1:2017 : Əlaqə Mərkəzlərinin idarə edilməsi sahəsində uyğunluq” sertifikatına da layiq görülüb.

Yuxarıda adı çəkilən tədbirlərin nəticəsi olaraq 2023-cü il ərzində Azercell-in Əlaqə Mərkəzinin Müştəri Məmnuniyyəti indeksi 94,9%-ə çatıb ( dünya standartlarına əsasən 85%-dən yuxarı olan nəticə artıq çox yüksək göstərici kimi hesab olunur).

Xatırladaq ki, Azercell-in Telefon Mərkəzi ilə 7/24 rejimində çalışan *1111 qısa nömrəsi, eləcə də  012-4904949 (Fakturasız Xətt abunəçilər üçün) və 012-4905252 (Fakturalı Xətt abunəçilər üçün)  şəhər nömrələri vasitəsilə, həmçinin Kabinetim tətbiqi üzərindən onlayn əlaqə saxlamaq mümkündür.

Son xəbərlər
Bütün xəbərlər »