Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov: "Qarabağda sülhməramlıların yerləşdirilməsinin İrəvana aidiyyəti yoxdur"
Lavrov: "Qarabağda sülhməramlıların yerləşdirilməsinin İrəvana aidiyyəti yoxdur"

Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsi Ermənistana aidiyyatı yoxdur.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda keçirilən mətbuat konfransında "Report"un ABŞ bürosunun sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu, Moskva ilə Bakının öz arasında olan məsələdir.

"Qarabağı hər kəs Azərbaycan ərazisi kimi tanıyıb. Bizim orada faktiki olaraq sülhməramlılarımız var. Amma bu məsələ artıq Ermənistan tərəfinə aid deyil, bu, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə aid olan məsələdir", - nazir vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »