Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Musiqi dinləyərkən ifraz olunan dopamin, diqqətinizi yayındıra və işinizə mane ola bilər"
"Musiqi dinləyərkən ifraz olunan dopamin, diqqətinizi yayındıra və işinizə mane ola bilər"

Musiqi ruhun qidasıdır. Bəzən insanlar önəmli iş gördükləri zaman musiqiyə qulaq asmağa üstünlük verirlər. Dərs edən zaman, yazı yazan musiqi dinləməyin beyni sakitləşdirdiyi və diqqəti bir yerə topladığı iddia edilir.

Psixoloq Nura Cəfərzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, musiqi insan üçün önəmlidir. Bəzi hallar var ki, orada musiqi insanın performansını artırır və kömək edir. Bəzi hallar da var ki, orada kömək etmir, hətta əks təsir göstərir.

Nura Cəfərzadə Nura Cəfərzadə

“Tutaq ki, şagirdik və universitetə hazırlaşırıq. Və yaxud tələbəyik. Əgər yeni bir şey öyrəniriksə, istənilən halda musiqi olmaz. Çünki musiqiyə qulaq asanda beyin dopamin ifraz edir. Dopamin ifrazı beynin xoşuna gəldiyi üçün insan bütün diqqətini ora yönəltməyə başlayır. Yəni bu zaman dərsə yox, musiqiyə yönəlmə baş verir. Bu səbəbdən də, yeni bir şey öyrənirsənsə, heç bir halda musiqi olmaz. Məsələn, çox gurultulu bir yerdəsən, yəni səs- küy həttən artıqdır, o zaman musiqi olar. Əgər musiqilər sözsüzdürsə… Məsələn; Motsartın musiqiləri kimi klassik musiqilər. Klassik musiqilər o halda ola bilər.

Yolda gedərkən maşını siz idarə edirsiniz, musiqiyə qulaq asırsınız. Bu, olar. Amma musiqiylə eyni vaxtda siz də qoşulub oxuyursunuzsa, bu da sizin təhlükə anında verəcəyiniz reaksiyaları azaldır. Yəni refleksiniz azalır. Bu da sükan idarəetməsini itirməyinizlə nəticələnə bilər”-deyə psixoloq bildirib.

Nura Cəfərzadə qeyd edib ki, təkrarlayan bir proses varsa, məsələn tutaq ki, cərrahsınız və əməliyata girirsiniz, bu halda musiqiyə qulaq asmaq olar. Bu, müsbət təsir edir.

“Və yaxud tələbəsiniz və ya şagirdsiniz, testlər həll edirsiniz. Testlər təkrarlanırsa, bu da həddən artıq diqqət tələb etmir. Bu halda, yenə musiqiyə qulaq asmaq olar. Təbii ki, sözsüz musiqilərə”- deyən psixoloq vurğulayıb ki, ümumiyyətlə səs-küy, mahnı-musiqi fərqi yoxdur, bunlar insanın beynini həddən artıq yoran müdaxilələrdir.

“Beynimiz eyni vaxtda bir neçə şeyə fokuslanmaq qabiliyətində deyil. Yuli Sezar olub, eyni vaxtda 4 işə fokuslana bilib. Qeyri-adi hallarda, eyni vaxtda bir neçə şeyə fokuslanmaq olur. Buna görə də beynin gördüyün işə fokuslanması üçün tam sakit bir yerdə məşğul olmalısan”-deyə psixoloq əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »