Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanın ərazisində yerləşmiş Qafqaz Albaniyasının "Arsak" adlı vilayəti olub, ermənilərə aid deyil"
"Azərbaycanın ərazisində yerləşmiş Qafqaz Albaniyasının "Arsak" adlı vilayəti olub, ermənilərə aid deyil"

Azərbaycanın ərazisində yerləşmiş Qafqaz Albaniyasının "Arsak" adlı vilayəti olub. Hansı ki, bu günki ermənilər Qarabağ ərazisini “artsax” adlandıraraq, sahib çıxmaq arzusunda idilər. Ermənilər öz yalanlarına don geyindirmək üçün müxtəlif gülünc açıqlamalar da meydana atmışdılar. Tarixi mənbələrə görə, eramızdan əvvəl IV əsrin sonu və III əsrin əvvəllərində Qafqaz Albaniyasının vilayətlərindən biri Arsak olub. Arsak indiki Qarabağın dağlıq hissəsini və Mil düzünün bir hissəsini əhatə edirdi. Arsak ərazisində müxtəlif millətlərin nümayəndələri qarqarlar, utilər, hunlar, xəzərlər və barsillər təşkil edirdi.

Bəs ermənilər kim idi?

Tarixçi politoloq Rizvan Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “Arsak” sözü qədim zamanlarda istifadə olunurdu.

Rizvan Hüseynov Rizvan Hüseynov, tarixçi

“Qafqaz Albaniyası dönəmində Arsak var idi, o dönəmdə bu ad istifadə edilirdi. Amma birbaşa müasir ermənilərə heç bir aidiyyəti yoxdur. Yəni bu günki “hay” dediyimiz ermənilərlə əlaqəsi yoxdur. Orta əsrlərdə alban kilsəsini erməni kilsəsinə tabe olmağa məcbur etdilər. Həmin dövrdə alban əhalisinin erməniləşməsi baş verdi. Ona görə də əksər mənbələrdə bu termin istifadə olunur”-deyən tarixçi vurğulayıb ki, qeyd edilənlərin bu gün müasir ermənilərlə əlaqəsi yoxdur. Amma orta əsrlərdə erməni din məhfumu idi və hər kəs erməni ola bilərdi.

“Kim ki, erməni kilsəsinə tabe idi, erməni ola bilərdi. O dönəmlərdə erməni qıpçaqlar, erməni tatlar, erməni-siqan-boşalar, erməni-kürdlər, udinlərin və başqa albanların bir qismi erməni dininə mənsub idilər. Elə “hay”ların özü də erməni dininə mənsub idi. Bu səbəbdən də orta əsrlərdə olan ermənilərlə bu gün olan ermənilər tam fərqlidir. Müasir ermənilər bu faktdan istifadə edərək, hamını aldatmağa çalışırlar”-deyən tarixçi bir daha vurğulayıb ki, orta əsrlər erməniləri ilə bu gün olan ermənilər arasında üst-üstə düşən məqam yoxdur.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »