“Bir çox siyasi və hərbi ekspertlər Sudya Napolitano, Mark Qreqeri, Skotti və s. qeyd edirlər ki, Qərbin ikili-üçlü standartları hər yerdə tətbiq olunur və müşahidə edilir. Çikaqo universitetində 7 ildən bundan əvvəl Ştanymayerin mühazirəsinə qulaq asdım. Çox maraqlı məqamlar var. Burada təkcə Azərbaycana və ya ermənilərlə bağlı məsələlər deyil, Qərbin özünün iqtisadi və maliyyə maraqları var. Fransada seçkilər olacaq. Hamı bilir ki, xalqın fikri başqadır. Amma Fransa prezidenti "Makro(yan)"ın Avropa ölkələrində siyasətçilərin məsələyə qarışması və Amerikada bir neçə senatın belə şəkildə təzyiq cəhdləri olub. Göünür ki, onun xüsusi maraqlar var. Ölkələrdə nüfuzlu erməni diasporları var. Seçkilərdə həm bu ermənilərin puluna, həm də səsinə ehtiyac olacaq”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Rüfət Quliyev danışıb. O, qeyd edib ki, beynəlxalq ekspertlər belə Azərbaycanın 30 il əvvəlki Azərbaycan olmadığını etiraf edir. İkinci Qarabağ müharibəsindən sonra regionda böyük dəyişikliklər baş verib. Regionda başqa cür inkişaf var. Regionda başqa cür vəziyyət yaranıb. Azərbaycanın qüdrətli olması, hərbi qüvvəsi, maliyyə qüvvəsi, beynəlxalq səviyyədə həyata keçirilən siyasətin uğurlu olması göstərir ki, artıq bu ölkələr hesaba almalıdırlar ki, bu gün Azərbaycanla bu formada danışmaq qeyri-mümkündür. Yaxud təsir etmək, təzyiq etəməyə cəhd göstərmək mümkün deyil. Bütün dünyada dəyişikliklər olub.

Deputat vurğulayıb ki, bu gün dünyada 20 ərazidə müharibə davam edir. 100 minlərlə insanlar tələf olur, milyard dollarlarla itkilər gedir. Buna səbəb ərazidir. Bu da iqtisadi və maliyyə qazanclarına bağlıdır.
“Biz istər iqtisadi, hüquqi, istərsə də beynəlxalq tərəfdən artıq hazırıq. İnanmıram ki, kimsə bizim işlərimizə, yəni Azərbaycan-Ermənistan münasibətlərinin qurulmasına təsir edə bilər. Artıq ermənilər də bunu başa düşdülər ki, dünya dəyişib. Dünya miqyasında gedən proseslər onu göstərir ki, əgər bu gün sənin iqtisadiyyatın və maliyyən güclüdürsə, xarici siyasətin düzgün istiqamətdədirsə, sözünü deyə biləcəksən. Bəli, haqq gücün yanındadır. Gücün olmasa, əlindən gələni edib təsir edəcəklər.
“Ermənilər artıq bu fikrə gəliblər ki, Azərbaycanla oturub tam bütün məsələləri çözmək lazımdır. Düşünürəm ki, bu yaxınlarda sülh müqaviləsi bağlanacaq. Növbəti addım sərhədlərin delimitasiya və demarkasiyası olacaq. Növbəti addımda, ermənilər məcbur qalıb Zəngəzur yolunu da açacaqlar. Yəni bu da onlar üçün axırıncı şansdır ki, onlar regionda tək qalmasınlar. Ermənistanın xalqı da başa düşüb. İnanıram ki, biz bu məsələni yaxın 1-2 ay ərzində həll edəcəyik”-deyə deputat əlavə edib.
İradə Cəlil, Bizimyol.info