Havaya qalxdıqdan az sonra 16 min fut yüksəklikdə olarkən təcili çıxış qapısı açılan "Alaska Airlines" şirkətinə məxsus "Boeing 737-MAX 9" sərnişin təyyarəsi ABŞ-ın Oreqon ştatında məcburi eniş edib.
Bizimyol.info xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) rəsmi sosial media hesabından verdiyi açıqlamada, 1282 saylı reyslə Portlend Beynəlxalq Hava Limanından saat 17:00-da havaya qalxan təyyarənin ekipajının təzyiq problemi olduğunu bildirdikdən sonra geri qayıdaraq təhlükəsiz eniş etdiyini açıqlayıb.
Təyyarə təcili eniş etdikdən sonra sosial şəbəkələrdə sərnişinlərin içəridən çəkdiyi videolar yayılıb. İnternetdə sürətlə yayılan görüntülərdə təcili çıxış qapısındakı pəncərə panelinin açıq olduğu və tavandan oksigen maskalarının asıldığı görünür.
Təyyarədəki sərnişinlərdən biri Kyle Rinker "CNN"ə havaya qalxdıqdan az sonra pəncərənin partladığını, Vi Nguyen adlı sərnişin isə "The New York Times"a uçuş zamanı yüksək səs eşitdiyini bildirib. “Gözlərimi açdım və ilk gördüyüm şey qarşımdakı oksigen maskası oldu. Sola baxdım, təyyarənin yan tərəfindəki divar yoxa çıxmışdı. İlk düşündüyüm "öləcəm" oldu", - deyə bildirib.
"Boeing 737-MAX 9" sərnişin təyyarəsinin oktyabr ayında hava yollarına təslim edildiyi bildirilib, FAA və Alyaska Hava Yolları hadisə ilə bağlı araşdırma başladıldığını açıqlayıb.
Alaska Hava Yolları tərəfindən edilən açıqlamada 174 sərnişin və 6 ekipaj üzvündə heç bir xəsarət olmadığı ifadə edilərək: "Belə hadisələr nadir hallarda baş versə də, uçuş heyətimiz vəziyyəti təhlükəsiz şəkildə idarə etmək üçün təlim keçmiş və hazırlanmışdır karlardır", - deyə qeyd edib.
"Boeing" də sosial media hesabından açıqlama verərək, hadisə ilə bağlı məlumat topladığını və texniki qrupun araşdırmaya dəstək verməyə hazır olduğunu bildirib.
Qadir, Bizimyol.info