Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əkizlər dünyaya 1 il fərqlə gəliblər, sürpriz təkcə bu da deyil...
Əkizlər dünyaya 1 il fərqlə gəliblər, sürpriz təkcə bu da deyil...

ABŞ-da Yeni il gecəsi doğum sancısına girən qadının əkiz körpələri müxtəlif illərdə dünyaya gəlib. İlk körpə doğulanda cəmi 31 dekabr 2023-cü il idi. Onun əkiz qardaşı 2024-cü il yanvarın 1-də gecə yarısından sonra dünyaya gəlib.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatında yaşayan Eve və Billinin əkiz uşaqları Yeni il ərəfəsində dünyaya gəlsələr də, eyni “ad günü”nü paylaşmayıblar. Doğumun baş verdiyi xəstəxana əkiz oğlan uşaqlarından birinin dekabrın 31-i axşam saat 23.48-də, digərinin isə 40 dəqiqə sonra, 1 yanvar 2024-cü il saat 00.28-də dünyaya gəldiyini açıqlayıb. Cütlük körpələrinə Ezra və Ezekial adını verib.

Eve və Billy cütlüyünün yaşadıqları maraqlı "ad günü" sürprizi bununla da bitməyib. Əkizlərdən “böyük” olan Ezra ad gününü dekabrın 31-də doğulan atası Billi ilə eyni günü bölüşür. Cütlüyün 3 yaşı olan ilk oğlu Xizqiyanın doğum günü isə yanvarın 3-dür. Xəstəxana maraqlı doğuşla bağlı verdiyi açıqlamada: "Eve və Billi körpələrinin sağlam doğulduğuna və danışacaqları gözəl bir ad günü hekayəsinə görə çox sevicli, həmçinin, həyəcanlıdırlar", - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »