Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qütb ayısı quş qripindən ölüb
Qütb ayısı quş qripindən ölüb

Dünyada ilk dəfə qütb ayısı quş qripindən (H5N1) öldü.Bu hadisə yüksək yoluxucu "H5N1" virusunun dünyanın ən ucqar guşələrinə yayıldığını göstərdi.

Bizimyol.info xəbər verir ki, “The Guardian” yazır ki, Alyaskanın Ətraf Mühitin Mühafizəsi Departamenti qütb ayısının 2021-ci ildə başlayan yeni quş qripi epidemiyası səbəbindən öldüyünü təsdiqləyib.

ABŞ-ın Alyaska əyalətinin baytar həkimi Dr. Bob Gerlach açıqlamasında: "Bu, quş qripində öldüyü bildirilən ilk qütb ayısı hadisəsidir", - deyib.

Gerlach, ağ ayının virusa yoluxmuş quşların cəsədlərini yemiş ola biləcəyini söyləyib. Qütb ayısı Şimali Amerikada virusun son ştammı aşkar edildikdən iki il sonra, Alyaskanın şimalındakı Utqiagvik yaxınlığında ölü tapılıb. AĞ ayıları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının nəsli kəsilməkdə olan növlərin qırmızı siyahısında "həssas" kimi siyahıya alınmışdır.

Antarktika bölgəsində ilk məlum H5N1 hadisəsi 2023-cü ilin oktyabrında Cənubi Corciya sahillərindəki Quş adasında aşkar edilib. Su quşlarında görülən virus digər heyvanlara da keçib. İki ay sonra yüzlərlə fil suitisi ölü tapılmışdı. Alimlər xəbərdarlıq edirlər ki, yüksək yoluxucu virus uzaq pinqvin populyasiyalarına çatarsa, bu, "müasir dövrün ən böyük ekoloji fəlakətlərindən birinə" səbəb ola bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »