Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda 3 nəfər spirtli içkidən zəhərlənək ölüb
İranda 3 nəfər spirtli içkidən zəhərlənək ölüb

İran hüquq-hühafizə orqanları azı 3 nəfərin ölümünə səbəb olan qanunsuz spirtli içki satmaqda şübhəli bilinən 4 nəfəri həbs edib.

Bizimyol.info xəbər verir ki, bu barədə İran mətbuatı xəbər verib.

İranda alkoqol satışı və istehlakı 1979-cu ildə İslam İnqilabından bəri qadağan edilib və bu, tərkibində zəhərli metanol olan saxta alkoqolun böyük qanunsuz ticarətinə səbəb olub.

Maku şəhər prokuroru Saber Cəfəri Fars xəbər agentliyinə deyib ki, əldə etdikləri məlumata görə, üç nəfər saxta içkilər içdiyi üçün alkoqoldan zəhərlənərək öldü.

Cəfəri: "Alkoqoldan zəhərlənmə əlamətləri olan 20 nəfər şəhərin Fəcr xəstəxanasına yerləşdirilib", - deyə əlavə edib. Onun sözlərinə görə, 4 nəfər həbs edilib, araşdırma aparılır.

Qadi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »