Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniyanın baş naziri: "Yaponiyaya kömək etməyə hazırıq"
Britaniyanın baş naziri: "Yaponiyaya kömək etməyə hazırıq"

Böyük Britaniyanın baş naziri Rişi Sunak Yaponiyada baş verən zəlzələlərə görə dəstək verməyə hazır olduqlarını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə İngiltərə Baş nazirinin 10 nömrəli ofisindən verilən məlumatda bildirilir.

Sunak: "Mən Yaponiyada böyük fəsadlara səbəb olan zəlzələlərdən zərər çəkən hər kəsin yanında olduğumuzu bildirək istəyirəm", - deyə qeyd edib.

Sunak açıqlamasında Yaponiyanın baş naziri Kişida Fumionun İngiltərənin mühüm dostu olduğunu bildirib: "Biz Yaponiyanı dəstəkləməyə və hadisələri yaxından izləməyə hazırıq. Zəlzələdən zərər çəkmiş ərazidə yaşayan Britaniya vətəndaşları Yaponiya rəsmilərinin tövsiyələrini nəzərə almalıdırlar", deyə o, açıqlamamasında qeyd edib.

Ölkənin qərbindəki İşikava əyalətində və bu bölgədəki Noto yarımadasının sahillərində dünən gün ərzində ardıcıl zəlzələlər olub. Yaponiya Meteorologiya Agentliyinin (JMA) açıqlamasına görə, bölgədə 2 saat ərzində 5-7,6 bal gücündə 10-dan çox zəlzələ baş verib.

Yaponiyanın qərbində baş verən zəlzələ nəticəsində, son məlumata görə 48 nəfər ölüb, xəsarət alanların sayı dəqiqləşdirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »