Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Astarada yeni sərhəd-keçid məntəqəsinin açılması ölkələrarası münasibətlərin normallaşması üçün önəm daşıyır"
"Astarada yeni sərhəd-keçid məntəqəsinin açılması ölkələrarası münasibətlərin normallaşması üçün önəm daşıyır"

Bu gün Astarada İran və Azərbaycan arasında yeni sərhəd-keçid məntəqəsinin açılışı olacaq. Bu barədə İranın yol və şəhərsalma nazirinin müavini Daryuş Əmani bildirib. O, qeyd edib ki, sabah hər iki ölkənin yüksək vəzifəli şəxslərinin iştirakı ilə Astarada İran və Azərbaycan arasında yeni sərhəd-keçid məntəqəsinin açılışı olacaq.

Milli Məclisin deputatı Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Tehranda səfirliyimizə silahlı basqın olandan sonra Azərbaycan-İran münasibətləri tarixin minimumuna düşümşdü. Amma son günlər İran dövlət rəsmilərinin pozitiv açıqlamaları dövlətlərarası münasibətlərin yenidən normallaşma prosesinə töhfə verir.

Azər Badamov Azər Badamov

“Belə ki, Astarada yeni sərhəd-keçid məntəqəsinin açılması da bu istiqamətdə atılmış bir addım olduğunu hesab edirəm. Ümumən Azərbaycan-İran münasibətlərinin normallaşması və Tehranda səfirliyimizin işinin bərpası üçün səfirliyimizə basqın edən şəxs və ya şəxslərin cəzalandırılması və səfirliyimizin yenidən fəaliyyətə başlayacağı təqdirdə, İran dövləti tərəfindən əməkdaşlarımızın təhlükəsizliyinə təminat verilməsi vacib məsələdir”-deyən deputat vurğulayıb ki, bundan sonra səfirliyimizin fəaliyyətinin bərpa olunacağını və dövlətlərarası münasibətlərin yoluna qayıdacağını düşünr.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »