Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Osmanlı qatarı 105 ildir Səudiyyə Ərəbistanı səhrasından çıxarılmayıb
Osmanlı qatarı 105 ildir Səudiyyə Ərəbistanı səhrasından çıxarılmayıb

Hicaz Dəmiryolundakı Osmanlı əsgərlərinə məxsus qatar yüz ildən artıqdır ki, yerindən bir qarış belə tərpənmədən orada dayanıb. Ərəblərin Osmanlıya qarşı təşkil etdiyi təxribata aid olan bu qatar da bugünkü ziyarətçilərin üzünə açıqdır.

Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, "Ərəbistanlı Lourens" kimi tanınan dövrün İngilis casusu Hicaz Dəmiryolunda ərəblərə qarşı sui-qəst etdiyi bu Osmanlı qatarı 105 ildir eyni yerdə dayandığı üçün görənləri həm təsirləndirir, həm də təəccübləndirir.

Qeyd olunur ki, qatar məlumatların gələcək nəsillərə ötürülməsində mühüm nümunədir. .

Osmanlı İmperatorluğunun son dövrlərində böyük siyasi təsirləri olan bir dəmir yolu layihəsi var idi

Hicaz Dəmiryolu Layihəsi kimi tanınan bu layihə İkinci Əbdülhəmid tərəfindən inşa edilərək tamamlanıb. Amma I Dünya Müharibəsində ingilislər onlar üçün böyük təhlükə yaradan layihəni məhv edilməyə çalışıldı. Hekayənin başladığı yer budur.

Layihənin Sultanı II. Əbdülhəmid dövründə tikilməsinə qərar verildi. Əslində, layihə ilkin olaraq Bağdad Dəmiryolunun davamı hesab olunurdu. Hər iki dəmir yolu İstanbuldan başlayacaq və Dəməşqə çatacaq; Oradan Məkkə və Mədinəyə bağlanacaqdı. Bu yolla Hicazla güclü əlaqə yaranacaqdı ki, bu, Osmanlının Yaxın Şərqdə hökmranlığının artması demək idi.

Amma bu layihə Yaxın Şərqdə "əlini itirən" ingilislərin xoşuna gəlmədi

Dəmir yolunun hərbi məqsədlər üçün istifadə olunacağını təxmin edən İngiltərə layihənin həyata keçirilməsinin qarşısını almaq üçün mübarizə aparırdı. Layihə ilə adət-ənənələrinin pozulacağı, bütün həyatlarının alt-üst ediləcəyi barədə bəyanatlar verərək bölgədəki ərəbləri təhrik etməyə başladı. Əslində, bu, onlarda uğurlu alındı.

Dünya müharibəsi bütün şiddəti ilə davam edərkən Osmanlı İmperiyası 10 cəbhədə vuruşurdu

Osmanlı əsgərləri Bağdad, Hicaz və İordaniya-Kanal cəbhələrində böyük itki verdilər. İmperialist dövlətlər üçün yeni müstəmləkələr lazım idi. Bu səbəbdən onlar Ərəbistan yarımadasında Osmanlı hakimiyyəti altında olan tayfalara diqqət yetirdilər.

Şərif Hüseyn Osmanlı İmperiyasının Suriya və Fələstində təxminən 400 illik hakimiyyətinə son qoyacaq üsyanın təşkilatçısı olub. Müttəfiqlər 5 iyun 1916-cı ildə Şərif Hüseynin Ərəbistandakı hakimiyyətini tanımağa söz verdikdən sonra üsyana başlayıblar.

Bu üsyana səbəb olan və ərəbləri Osmanlıya qarşı təhrik edən Edvard Lourens də orada idi

Burada Lourensin kim olduğunu qeyd etmək yerinə düşər. O, 1916-1918-ci illərdə Osmanlılara qarşı üsyanlarda ərəb qəbilələrini silahlandıraraq Ərəb üsyanı və Sinay və Fələstin Cəbhəsindəki rolu ilə məşhurdur. Buradakı roluna görə ona “Ərəbistanlı Lourens” deyirdilər.

Mütəşəkkil ərəb üsyançıları dəmiryolunu hədəf almışdı. 1917-ci ildəki hücumda Hicaz dəmir yolundan hərəkət edən qatar partladılmışdı

Qəfildən relsdən çıxaraq havaya uçan qatar səhraya tərəf əyilərək özünü saxlayıb. Planlaşdırıldığı kimi, bu partlayışdan sonra Osmanlının bu bölgələrlə əlaqəsi kəsildi. Üsyançı Şərif Hüseynin verdiyi razılaşmanın vəd etdiyi müstəqil ərəb dövlətinin qurulmasından sonra baş verən bu hadisə bu gün Səudiyyə Ərəbistanının müstəqillik əldə etməsi kimi qəbul edilir.

Həmin gün sui-qəsd nəticəsində devrilərək türk əsgərlərinin şəhid olduğu o qatar indi də qəza yerdədir. Üstəlik, Səudiyyə Ərəbistanı Osmanlı imperiyasına qarşı qələbə əlaməti olaraq bu qatarı ziyarətçilərə göstərir. Sultan II Əbdülhəmidin ideyası olan bu layihə bir daha gündəmə gətirilməmiş, fərqli layihələrlə bu dəmir yoluna alternativlər hazırlanmışdır.

Qadir, Bizimyol.info

P.S. Bu arada ötən gün Səudiyyə Ərəbistanının hökumət qurumları Galatasaray-Fenerbahçe Super Kubok matçını əngəlləyib. Riyadda keçirilməsi planlanan matç Səudiyyə tərəfinin düşməncəsinə müdaxilələri üzündən təxirə salınıb. Ərəb dövlətinin hakimiyyət orqanları komandaların meydanda Atatürk şəkilli köynəklərlə isinmələrinə icazə verməyib. Eyni xəbərdə klublara matç zamanı Atatürkün "Yurtda sülh, dünyada sülh" və "Ne mutlu Türküm diyene " sözləri yazılmış pankartların nümayişinə də icazə verilmədiyi bildirilib. Həmçinin İstiqlal Marşına da qadağa qoyulduğu iddia edilib. Necə deyərlər, tarix təkrarlanır. Amma Ankaranın bu tarixi olaylardan dərs çıxardığını demək hələ tezdir.

Son xəbərlər
Bütün xəbərlər »