Rəşad adlı tanışı tərəfindən aldadıldığını deyən təqsirləndirilən Dürrə İsmayılova zərəri ödəmək üçün evini satışa qoyduğunu deyib. O bildirir ki, “Lombard”ı Rəşaddan işlətmək üçün götürüb və uzun müddət işlədib. Zərərçəkmişlər bildirir ki, Dürrə İsmayılova Rəşadla təhvil-təslim edərkən onların banka girov qoyduqları qızılları da götürüb. Onlar da uzun müddət Dürrəyə ödəyiblər. Dürrə İsmayılova deyir ki, Rəşad adlı şəxsin götürdüyü qızıllara görə məsuliyyət daşımadığını deyib.
O, məhkəmədə bildirib ki, Rəşad adlı şəxs ona qızılları qaytarmadığı üçün zərərçəkmişlərə ziyanı ödəyə bilmir. Proses fevralın 16-da davam edcək.
Dürrə İsmayılova zərərçəkmişlərin ümumilikdə 200 min manatdan çox dəyərdə olan qızılını ələ keçirməkdə təqsirləndirilir.
Onun barəsində həbs olmayan qətimkan tədbiri seçilib.
Rəşad VAQİFOĞLU