Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tarixdə ilk dəfə bir qadının sərvəti 100 milyard dolları keçdi
Tarixdə ilk dəfə bir qadının sərvəti 100 milyard dolları keçdi

100 milyard dollar və ya daha çox sərvəti olan iş adamları haqqında danışarkən biz adətən kişiləri xatırlayırıq. Elon Musk, Jeff Bezos, Bill Gates və Mark Zuckerberg kimi adlar bunun ən sadə nümunələridir. Lakin indi bu vəziyyət dəyişib. İndi 100 milyard dollar sərvəti olan bir qadın var. Bu ad Fransua Bettencourt Meyersdir.

Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, Francoise Bettencourt Meyers əslində dünyanın ən zəngin qadını idi. Lakin onun sərvəti heç vaxt 100 milyard dollar səviyyəsinə çatmamlışdı. "Bloomberg"in real vaxt milyarderlər indeksinə görə, bu, dəyişdi. Dünyanın 12-ci ən varlı adamı olaraq qeyd edilən Francoise Bettencourt Meyers, iş dünyasında qadınlar üçün əhəmiyyətli bir barajı keçən ilk və yeganə şəxs oldu.

Bəs Fransua Bettencourt Meyers kimdir?

70 yaşlı Fransua Bettencourt Meyers dünyanın ən böyük kosmetika şirkətlərindən biri olan "L'Oreal"ın varisidir. Şirkətin direktorlar şurasında sədr müavini vəzifəsini icra edən Meyers ailəsi ilə birlikdə "L'Oreal" səhmlərinin 35 faizinə sahibdir. Əslində, iş adamının sərvətini bu həddə çatdıran "L'Oreal"ın səhmlərinin artması olub. 2023-cü ilə girdiyimiz zaman 335 avro olan səhmlər indi 451 avroya çatıb.

Nəhəng brendlərin davamçıları ümumiyyətlə jurnal materialıdır. Lakin bu, Fransua Bettencourt Meyers üçün belə deyil. İş adamı o insanlardandır ki, daha introvert xarakterə malikdir və öz həyatına diqqət yetirir. Meyersin ən böyük qlmaqallı hadisəsi miras davası olub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »