Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azercell Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir
Azercell Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir

Lider mobil operator 160 ölkədə 390-dən çox şəbəkədə rouminq xidməti təklif edir.

Azercell abunəçilərin rouminqdə müştəri təcrübəsini inkişaf etdirmək məqsədi ilə Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir.

  • İndi rouminq internet paketləri daha əlçatandır. Azercell 60-dan çox şəbəkəni əlavə etməklə rouminq internet paketlərinin əhatə dairəsini daha genişləndirdi. Artıq abunəçilər 88-dən çox ölkədə 210 operatorun şəbəkəsində Azercell-in sərfəli rouminq internet paketlərindən  faydalana bilərlər. Bundan başqa, paketlərdən istifadə zamanı manual şəbəkə seçiminə ehtiyac qalmadı.
  • Səyahət zamanı “Kabinetim” tətbiqindən, Azercell-in rəsmi saytından və canlı çatdan istifadə (Live chat) nəticəsində yaranan trafikə görə xidmət haqqı tutulmayacaq. 

  • Eyni zamanda tərəfdaşların çoxsaylı istəklərini nəzərə alaraq, korporativ müştərilər üçün xüsusi olaraq yeni 10 GB həcmində rouminq internet paketi istifadəyə verildi.

Azercell-in rouminq xidməti haqqında ətraflı məlumat əldə etmək üçün:

https://www.azercell.com/az/personal/plans-and-services/roaming.html

Son xəbərlər
Bütün xəbərlər »