Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimentin bir hissəsinin uşağın bank hesabına köçürülməsi məsələsində yenilik
Alimentin bir hissəsinin uşağın bank hesabına köçürülməsi məsələsində yenilik

Ali Məhkəmə alimentin ödənilməsilə bağlı prosedura dəyişiklik edib.

Ailə Məcəlləsinin 55.3-cü maddəsinə görə, aliment ödəyən valideyn alimentin bir hissəsini (məbləğin yarısından çox olmamaq şərtilə) uşağın adına açılmış bank hesabına köçürməyi tələb edə, məhkəmə də bu barədə qərar çıxara bilər.

Bizimyol.info xəbər verir ki, Ali Məhkəmə alimentin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsilə bağlı işlərdə bu tələbə hansı icraat qaydasında baxılması, sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsiylə bağlı qərardad qəbul edib.

Ali Məhkəmənin hakimləri müzakirələrdən sonra belə nəticəyə gəlib ki, ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumundan çox olması o alimentin artıq qalan hissəsinin bank hesabına köçürülməsinə əsas vermir. Çünki uşağın təhsili, sağlamlığıyla bağlı xərclər və s. mütləq nəzərə alınmalıdır. Yəni aliment verən tərəf ödədiyi məbləğin yüksək (yaşayış minimumdan çox) olduğunu əsas gətirib, pulu bir hissəsinin uşağın bank hesabına köçürülməsini tələb edirsə, mütləq əsaslandırmalı və sübut etməlidir ki, məhz uşağın mənafeyinə görə bunu istəyir. Sadəcə, söz olaraq, deyilə bilməz ki, “artıq qalan məbləğ uşağa yox, başqa məqsədlərə sərf olunacaq, ona görə bunu tələb edirəm”. Bunu sübut etmək lazımdır.

Belə də ola bilər ki, aliment ödəyən tərəf məbləğin bir hissəsinin uşağın bank hesabına köçürülməsini tələb edir və bunu əsaslandıran sübutlarını da təqdim edir, lakin qarşı tərəf buna etirazını bildirir. Bu halda, etiraz edən tərəf bunu sübutlarla əsaslandırmalıdır.

Uşağın adına bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyilə sərəncam verilməsi barədə mübahisəyə isə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »