Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampdan Hitlerə bənzədilməsinə münasibət: “Mən “Mein Kampf”ı oxumamışam
Trampdan Hitlerə bənzədilməsinə münasibət: “Mən “Mein Kampf”ı oxumamışam

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nasist lider Adolf Hitlerin yazdığı “Mənim mübarizəm” (“Mein Kampf”) kitabını heç vaxt oxumadığını deyib.

Bizimyol.info xəbər verir ki, Tramp bu açıqlamanı qeyri-qanuni mühacirlərlə bağlı sözləri Hitlerin İkinci Dünya Müharibəsindən əvvəlki sözləri ilə müqayisə edildiyinə görə deyib.

ABŞ-a girən qeyri-qanuni mühacirlərlə bağlı “Ölkəmizin qanını zəhərləyirlər” deyərək müzakirələrə səbəb olan 77 yaşlı Tramp Ayova ştatında keçirdiyi mitinqdə tərəfdarları qarşısında çıxış edərkən qeyri-qanuni mühacirlərlə bağlı dediklərini yenidən təkrar edib: “Ölkəmizi məhv edirlər. Tamamilə doğrudur, ölkəmizin qanını məhv edirlər. Onların etdikləri, bizə gətirdikləri budur. Ölkəmizi məhv edirlər. Bunu deməyim, əlbəttə, onların xoşuna gəlməyəcək. Mən Hitlerin “Mayn Kampf” kitabını heç vaxt oxumamışam. Hitler bunu deyib, dedilər, amma çox fərqli şəkildə. Onlar dünyanın hər yerindən gəlirlər. Onlar ölkəmizə yoluxucu xəstəliklər gətirə bilər, amma mütləq cinayət gətirirlər”, - deyə keçmiş prezident bildirib.

Hitlerin “Mein Kampf” kitabında “qan zəhərlənməsi” ifadəsini işlətməsi Trampın Hitlerə bənzədilməsinə səbəb olub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »