Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda həkim və tibb bacısını döydülər – TƏFƏRRÜAT
Tovuz Rayon Mərkəzi Xəstəxanasında baş verən hadisənin təfərrüatları məlum olub.

Report xəbər verir ki, hadisəni xəstəxananın Təcili tibbi yardım şöbəsinə mütəmadi olaraq zəng edən şəxs törədib.

Hazırda adı məlum olmayan şəxs çağırış zənginə gec cavab verildiyinə görə bir neçə nəfərlə xəstəxanaya gəlib və orada dava salıb. Nəticədə şöbənin həkimi, 1956-cı il təvəllüdlü Əliyev Eldəniz İbrahim oğlu və tibb bacısı Əjdərova Məkanə yumruq və sillə xəsarətləri alıb.

Bildirilir ki, bu şəxs mütəmadi olaraq müxtəlif səbəblərə görə “103” xidmətinə zəng edərək “təcili yardım” çağırır, əksər hallarda telefonlara cavab verən dispetçeri və hadisə yerinə gedən tibb işçilərini təhqir edir, hətta onlara qarşı zor tətbiq edir. Növbəti zəng zamanı dispetçer Qovlar kəndindən çağırış qəbul etdiyi üçün ikinci telefona gec cavab verib və həmin şəxs telefonda xəstəxana əməkdaşını söyüb. O, bir qədər sonra bir neçə nəfərlə əlində çomaq xəstəxanaya gələrək dispetçerlə mübahisəyə başlayıb. Bu zaman həkim E.Əliyev onları ayırmaq üçün araya girib. Lakin sözügedən şəxs həkimin üz nahiyəsinə bir neçə yumruq zərbəsi vurub. O, daha sonra tibbi bacısı M.Əjdərovaya hücum edərək ona bir neçə sillə vurub. İnsident nəticəsində həkim üz və qol nahiyələrindən xəsarət alıb.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »