Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Süni intellektin fərdi təkamülünə diqqət etməliyik, bir səhvlə dünya əhalisinin yarısını yox edə bilər"
"Süni intellektin fərdi təkamülünə diqqət etməliyik, bir səhvlə dünya əhalisinin yarısını yox edə bilər"

“Süni intelektə təkamül öyrədilə bilər. Cihazlar plan qurmağı bir gün öyrənəcəklər. Plan qura bilmək demək, xəyal qurmaq deməkdir. "Süni intellekt yaxşıdırmı, pisdirmi" deyə düşünərkən, “New-York Times”-da Norm Chomsky bir yazı yazdı. O, qeyd etmişdi ki, süni intellekt heç bir zaman insan şüur səviyyəsinə yaxınlaşa bilməz. Onun fikrincə, zəka, olmayan bir şey barəsində xəyal qura bilməkdir. Chomsky məqaləsində Albert Eynşteyndən misal gətirərək qeyd edib ki, kosmos və zamanın varlığından xəbərsiz olduğumuz halda, görə bilmədiyimiz şeyi ifadə etməyi, formullaşdıra bilməyi və dünyaya açıqlaya bilməyi ancaq bir insan edə bilər. Süni intellektdə təkamülün ola biləcəyini düşünürəm”.

Bizimyol.info xəbər verir ki, bu sözləri Intel Korporasiyasının Yeni Texnologiyalar Bölməsinin Dünya vitse-prezidenti Ayşegül İldeniz  “Teke-Tek Bilim” proqramında süni intellekt mövzusunda suallara cavab verərkən qeyd edib. Ayşegül İldeniz bildirib ki, süni intelekt təkamül olsa belə, duyğunun ola biləcəyi sual altındadır. Əgər süni intelekt təkamül prosesində duyğuya sahib olmasa, bu zaman çox qorxulu olar. Çünki təkamül prosesində süni intellekt daha üstün hala gələ bilər. Belə olan halda isə, bizim insan olmağımızın bir mənası qalmır.

“Həm planlaya bilir, həm məntiqli hərəkət edə bilir, amma duyğuya sahib deyil. Tam elmi-fantastik filmlərindəki qarabasma ssenarisi real olur. Bu, çox təhlükəlidir. Texnologiya insanın əksidir, texnologiya təhlükəli deyil, biz təhlükəliyik. Yaxşı şeyləri də, pis şeyləri də edən insandır. Pis oyunçuların miqdarı və istifadə nümunələrinin ekstremliyi məni qorxudur. Proqramistin xaraketrinin pis olması ola bilər, istifadə edən qurumun və ya dövlətin onu nə üçün istifadə edəcəyi də ola bilər. Bura çatmadan belə, səhv edə bilər. Bu səhv o qədər böyük ola bilər ki, insanlığın yarısını yox edə bilər. Deyər ki, Çində hansısa virus çıxıb onu aradan qaldırdılar. Atom bombası ata bilər. Ona müqaviməti olmayan bəşəriyyətin yarısını yox edə bilər. Əhali sayını azalda bilər. Öz-özünə təkamül edərsə, çox diqqətli olmalıyıq. Hər şey ola bilər. Hələ ki, sadəcə təxminlərlə irəliləyirik. Amma, bundan uzaq qalmağa çalışmaq da axmaqlıq olar”-deyə Ayşegül İldeniz vurğulayıb.

Ayşegül İldeniz qeyd edib ki, real dünyaya keçməli olacağıq. Bədənimiz bunun ilk mərhələsidir. Fabriklərimiz bir başqa mərhələdir.

“Robot ilə insanı ən çox yaxınlaşdıra biləcək şey bədənimiz və günlük olaraq istifadə etdiyimiz hisslərimizi texnologiyanı daxil edə bilsək, ciddi bir keçid etmiş olacayıq. Hələlik onu edə bilməmişik. Hələ də bir ekrana ehtiyacımız var. Silikon vadisindəki ən həyəcanlı şey, süni intellektdən sonrakı ilk sual səncə hansı cihazdır. Üstümüzə taxıb çıxara biləcəyimiz, bəzən azad olub bəzən də daxil ola biləcəyimiz bir cihaz olacaq. Bəlkə də azad olmayacağıq. Süni intellektdən istifadə edən dövlətlər daha doğulduğumuz anda gözümüzün içinə nəsə yerləşdirərək nə etdiyimizi hər zaman təqib edə bilərlər. Bu da bir kabus ola bilər”-deyən Ayşegül İldeniz magistatura diplom işinin bir hissəsini distopik elmi-fantastika ilə bağlı yazdığını bildirib.

P.S. Yəni düşünün bir gün insan əlinin yaratdığı robotlar təkamül prosesi nəticəsində duyğuya sahib olmadığı üçün insanlığı məhv edə bilər. Və bəşəriyyət bunun qarşısını almaya bilər. Yəqin ki, bu ssenarini filmlərdə görmüsünüz. Bu ssenari bir gün real ola bilər…

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »