Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya Kəşfiyyatı: "Kyivstar"a çox zərərli kiberhücum edilib
Britaniya Kəşfiyyatı: "Kyivstar"a çox zərərli kiberhücum edilib

Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, "Kyivstar" mobil operatoruna edilən son kiberhücum Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi başlayandan bəri Ukrayna şəbəkələrinə edilən ən zərərli kiberhücumlardan biri olub, çünki fövqəladə hallar xidmətləri və hökumət resursları təsirlənib.

Bizimyol.info xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı "X" sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunur ki, "Kyivstar"a kiberhücumun “effektləri” ən azı 48 saat davam edib, mobil rabitə və internet xidmətlərinə təsir edib.

Mobil operator bütün Ukraynada mobil internetə çıxışın bərpa olunduğunu elan edib: “Kiberhücum nəticəsində istifadəçilər mobil siqnaldan və internetdən istifadə etmək imkanından məhrum olublar. "Kyivstar"a hücum zamanı heç bir şəxsi məlumatın ələ keçirilmədiyini bildirdi”, - deyə mesajda qeyd edilir.

Böyük Britaniya kəşfiyyatı kiberhücumun həmçinin hava hücumu sirenlərinin, bəzi bankların, bankomatların və satış nöqtələrinin terminallarının işinin pozulduğunu vurğulayıb. "Eyni zamanda, Ukraynanın Monobank bankı "DDoS" hücumuna məruz qalıb və bu, bankın saytına giriş bloklanıb", - Müdafiə Nazirliyi əlavə edib.

Xatırladaq ki, dekabrın 12-də "Kyivstar" mobil operatoruna genişmiqyaslı haker hücumu olub – internet istifadəçilər üçün iş dayandırılıb və rabitə kəsilib. Bir müddət sonra "PrivatBank", "Oschadbank" və "Monobank" digər xidmətlər işlərini dayandırıb.

"Kyivstar" şirkəti dünən Ukraynanın nəzarətində olan bütün ərazilərdə mobil internetə çıxışı bərpa edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »