Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Müxtəlif fənn olimpiadalarının qalibləri universitetlərə güzəştli qəbul olurlar"
"Müxtəlif fənn olimpiadalarının qalibləri universitetlərə güzəştli qəbul olurlar"

Bakı Konqres Mərkəzində keçirilən Azərbaycan Müəllimlərinin 16-cı Qurultayının ikinci günündə "STEAM" layihəsi haqda müzakirələr aparılıb. Məktəblərdə inkişaf məqsədi daşıyan layihələrin tətbiq edilməsi və effektiv nəticələrin alınmasının formatı istiqamətində panel müzakirəsi təşkil olunub.

Bizimyol.info xəbər verir ki, Azərbaycan müəllimlərinin 16-cı qurultayında "STEAM layihəsinin rəhbəri İqrar Nəzirov layihə haqqında geniş açıqlama verib.

"Məktəblərdə rəqəmsal bacarıqlar necə və nə qədər tətbiq olunur? Biz buna hansı konstekstdə yanaşmalıyıq? Bu problemləri necə həll edə bilərik? Hazırda 396 məktəbdə bu layihə 180 min şagirdi əhatə edir. Hamısı modullar üzrə öyrənilir. Bu ildən beşinci siniflərə də sistem layihəsi tətbiq olunur. Elə bir region yoxdur ki, STEAM layihəsi həmin yerlərdə icra olunmasın. Bakı şəhərində sistem İnnovasiya Mərkəzinin açılışı oldu. Beynəlxalq STEAM yarışmalarında 7 ölkə iştirak edib və onlardan biri Azərbaycan olub.

Layihənin tətbiqi ilə bağlı təhsil institutu araşdırmalar aparıb və sorğular götürüb. Şagirdlərin hansı ixtisas qruplarına hazırlaşması üzrə statistika tətbiq edilib. Sistem layihəsi 9-10-cu siniflərində tətbiq olunmur. Ancaq şagirdlərin 46 faizi layihədə iştirak etmək istədiyini bildirib. Onlar dizayn, IT mütəxəssisi və başqa istiqamətlərdə özlərini inkişaf etdirmək istədiklərini bildirmişdilər. Modelləşmə şagirdlər tərəfindən asan anlaşılır. Şagirdlər özləri istədikləri seçimləri ediblər. Şagirdlərin cəmi 14 faizi STEAM yarışlarında iştirak edib. 148 min şagirddən beş mini iştirak edib ki bu, çox az göstəricidir. Müəllimlərin dərs dediyi sinifləri müəyyən etmişik və hansı fənn müəllimlərin prosesi daha düzgün apardığını öyrənmişik. Biz yeni yanaşma gətiririk və bu sahədə qanunvericilik bazasında islahatların aparılmasına ehtiyac var. Bu layihə aşağı siniflərdə tətbiq olunmalıdırmı? Valideynlər və müəllimlər "STEAM' tətbiqinin tərəfdarıdır. Bu, yaxşı tendensiyadır. Biz beşinci siniflərdən başlamazdan öncə dördüncü sinif şagirdlərin valideynləri arasında sorğu keçirdik və onların 65 faizi bu layihənin gerçəkləşdirilməsinə razılıq verdilər.

Müxtəlif fənn olimpiadalarının qalibləri universitetlərə güzəştli qəbul olurlar. Onlar STEAM seçməklə, müxtəlif ölkələrdə 3-4-cü yerləri tutub. Həmin şagirdlər üçün güzəştlər edilməlidir. "Biz kimi axtarırıq?" sualına cavab olaraq demək istəyirəm ki, biz bu sahənin təsirini iqtisadiyyatda 5-10 il sonra görəcəyik. "İşə götürənə kim lazımdır?". Bu haqda "Conu tap" adlı hekayəni misal göstərə bilərəm. Biz 21-ci əsrdə analiz qabiliyyəti, düşünmə tərzi, tapşırığı vaxtında icra etmək və sair xüsusiyyətləri olan insanlar istəyirik. Biz STEAM hədəflərindən danışanda həmin insanları nəzərdə tuturuq. Biz elə insanlar yetişdirmək niyyətindəyik".

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »