Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə mətbuat nümayəndələrinin Bakı Baş Gömrük İdarəsinə mediatur təşkil edilib. Tur zamanı Xidmət Mərkəzi və Rəsmiləşdirmə Mərkəzi ilə tanışlıq keçirilib.
Bizimyol.info xəbər verir ki, Bakı Baş Gömrük İdarəsinə təşkil olunan mediatur çərçivəsində qurumun rəsmi nümayəndələri media nümayəndələrini məlumatlandırıb və sahə ilə bağlı ünvanlanan sualları cavablandırıb.

Baş İdarə rəisi Elmar Ramazanov: "Hörmətli həmkarlar, dəyərli sahibkarlar, ilk öncə ümumilli lider Heydər Əliyevin ildönümü münasibətilə keçirilən mediaturla əlaqədar sizi salamlayırıq. Növbəti illərdə belə görüşlərin artırılacağını ümid edirik. Strateji hədəflərimizin ən önəmlisi şəffaflıq və görülmüş işlərdir. Fürsətdən istifadə edib, qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılılarının Həmrəylik Günü münasibətilə sizi təbrik edir, növbəti görüşlərimizi sərbsizliklə gözləyirəm".
"Malların və sərnişinlərin təhlükəsiz keçidini təmin etmək, istedadlı kadrlar yetişdirmək əsas hədəflərimizdəndir"
Şəfəq Həsənəlizadə: "Baş Gömrük İdarəsi hədsiz sayda müraciət alır. İllər öncə sahibkarlarla mütəmadi görüşlər təşkil etdik və müşahidələrimiz nəticəsində müəyyənləşdirdi kki vətəndaş bizdən nə istəyir. Bu yöndə məmnunluq və şəffaflıq istiqamətində Xidmət Mərkəzini yaratdıq. Vətəndaşlara qarşı etik qaydalara riayət etmək, bizə qarşı etimadın güclənməsinə səbəb oldu. Xidmətlərin elektronlaşdırılmasına çalışdıq. Mərkəzimiz tez bir zamanda yeni xidmətlərlə fəaliyyətə başladı. İstənilən biznes subyekti rahatlıqla gəlib, öz bəyannaməsini elan edə bilər. Gömrük Əməliyyatları ilə bağlı son model postterminallar fəaliyyyət göstərir. Bu gün Gömrük orqanlarına gələrkən, vergi, sığorta, eləcə də AQTA xidmətlərindən istifadə etmək olur. Vətəndaşın elektron növbə əsasında qəbulunun həyata keçirilməsi və QR kodu skan etməklə vasitəsiz əlaqəni təmin edə bilərsiniz. Bu, vətəndaşların hüquqlarının pozulmasının qarşısını alır.
Xidmət prosesinin nəzarətinin təşkili baxımından, iqtisadi tənzimləmələr və qanunda baş verən dəyişikliklərlə bağlı biz xidmətlərin yenilənməsinin tərəfdarıyıq.
Aprel və noyabr aylarında birbaşa müraciətlərin sayı daha çox oldu. Bunun böyük hissəsi elektron müraciətdir. Əlbəttə ki, bu gün xidmət mərkəzimiz olduğu yerdə qalmağı düşünmür və inkişafa doğru irəliləyir. Hədəflərimiz: İnteqrasiya edilmiş SMS və elektron sistemin qurulması, elektron müraciət köşkünün yaradılması və elektronlaşdırma nəticəsində fiziki müraciətlərin sayının azalmasıdır. Bizim məqsədimiz sahibkar məmnuniyyətinin artırılması və müraciətlərin asanlaşdırılmasıdır".
Baş inspektor Günel Mustafayeva: "Rəsmiləşdirmə Mərkəzimiz Sürətli rəsmiləşdirmə risk əsaslı yoxlanış istiqamətində işlər görür. Görülən işlər; risk qruplarının əməliyyatının təhlili, gömrük əməliyyatlarının təhlili, könüllü əməletmə prinsipi və məcburi qərarların tətbiq olunması sahəsindədir. Qeyd edək ki cari ilin avqust ayından etibarən sahibkarlar tərəfindən idxal olunan malların gömrük prosesi daha səmərəli və operativ həyata keçirilir. Sahibkarlar könüllü əməletmə prinsipinə qoşulurlar və bu, görülən işin səmərəliliyini daha da artırır.
Hazırda gömrük dəyərinin müəyyən edilməsi xüsusi hesablamalar əsasında həyata keçirilir. Gömrük dəyərinə şübhə yarandığı təqdirdə bununla bağlı elektron bildiriş göndərilir. Ləngimənin qarşını almaq məqsədilə yeni texnoloji sxemlər yaradılır. Sahibkar gömrük sərhədini keçməzdən əvvəl gedəcəkləri bölgə haqqında məlumat əldə edə bilirlər. Mərkəzi Gömrük Ekspertizasında mənşə ölkəsinin öyrənilməsi ilə bağlı problemlər kifayət qədər azalmışdır. Sahibkarların bununla bağlı etimad səviyyəsini artırmaq istiqamətində işlər aparılır".
İnspektor Elvin Qazaxov: "Gömrük Nəzarət bazasına gün ərzində 250-300 avtomobil daxil olurdu. Bu zaman xaotik vəziyyət yaranırdı. Biz bu kimi problemləri nəzərə alaraq təhlillər apardıq, gömrük nəzarəti zonasında avtomobillərin çıxışını yaşıl və qırmızı zonaya ayırdıq. Bu da xüsusi proqramla həyata keçirilir. Sahibkarlar tərəfindən verilən məlumatlar avtomatlaşdırılmış proqramlar vasitəsilə nizamlanır. Hazırda gömrük nəzarət zonası yaşıl və qırmızı sektora ayrılıb və bu, yoxlama zonasındakı sıxlığı azaldır.
Növbəti ilin 1 yanvar tarixindən süni intellektdən istifadə olunacaq. "ARAS" gömrük nəzarət formalarının keçirilməsi ilə əlaqədar yaradılmış süni intellekt pltformasıdır. Məlumatlar öncədən təhlil edilir, rəsmiləşdirməyə şərait yaradan risk idarəçiliyi sistemidir. Tranzit zəncirində şəffalığı formalaşdırmağa, məlumatları düzgün şəkildə gömrük orqanlarına bildirməyə çağırırıq. "ARAS"-ın tətbiqi ilə rəsmiləşdirməyə sərf olunan vaxtın minimuma endirilməsi təmin olunub. İxracın təşviqi, Tranzit yükdaşımalarına dəstək istiamətində "ARAS" fəaliyyət göstərir. Avtomatlaşdırılmış Risk Analiz Sistemində (ARAS) sərhəd risk modulu, gömrük rəsmiləşdirilməsi modulu və xarici ticarət iştirakçılarının risk qiymətləndirilməsi işləri aparılır. Bundan əlavə, sahibkarlar üçün digər əlverişli alətlər də tətbiq edilir. Gömrük dəyərinin müəyyən edilməsi üçün vahid metodika yaradılıb. Eyni zamanda malın mənşəyini müəyyən etmək üçün praktiki təlimat hazırlanıb. "ARAS" biznes sahəsinə mühüm töhvə verərək, gələcəkdə ölkənin iqtisadiyyatına müsbət təsir edəcək. Biz buna inanırıq".
Vətəndaşların Qəbulu Şöbəsinin şöbə rəisi Nurlan Hüseynli: "Bakı Gömrük Mərkəzindəki yeni Xidmət Mərkəzi 50 mindən çox vətəndaş və sahibkarın müraciətinə cavab verib. Burada vətəndaşlar özləri yaxınlaşaraq, QR kod vasitəsilə öz suallarını, təklif və şikayətlərini bildirə bilərlər. Bu zaman heç bir şəxslə, əməkdaşla əlaqə qurmadan, öz müraciətlərini şəffaf şəkildə ünvanlaya bilərlər".
Bu gönderiyi Instagram'da gör
Mətin Şükürlü, Bizimyol.info