Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir ildə iki dəfə keçirilən “Game Summit” oyun və texnologiya meydanında "uğur" sərgilədi - Video
Bir ildə iki dəfə keçirilən “Game Summit” oyun və texnologiya meydanında "uğur" sərgilədi - Video

Dekabrın 9-da Bakıda genişmiqyaslı oyun tədbiri – “Game Summit” keçirilib.

Tədbirin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, “Game Summit” bu ildən keçirilməyə başlanıb. İlk dəfə iyun ayında keçirilən “Game Summit”-in bu dəfəki tədbirində məqsəd video oyunları, K-pop mədəniyyəti, komiks və digər rəngarəng maraqların fanatlarını bir araya toplamaq olub.

Tədbir iştirakçıları eyni zamanda cosplay, oyun və həm onlayn, həm də oflayn formatda keçirilən digər əyləncələrdə iştirak ediblər.

Qeyd edək ki, tədbirdə hər yaşdan olan oyunsevərlər iştirak edirdi. Eyni zamanda tədbirdə bir çox şirkətlər də öz məhsullarını təqdim edirdi. Burada internet xidmətləri, kompüter avadanlıqları və digər texnologiya vasitələrinin təqdimatı da yer almışdı. İştirakçılar sərgilənən texnologiya nümunələri ilə yaxından maraqlanır və gələcəyin "kommunikasiya" vasitələri haqda məlumat əldə etməyə çalışırdılar.

“Game Summit” oyun tədbirinin təşkilatçısı Fuad Kərimov qeyd edib ki, hazırda il ərzində artıq ikinci “Game Summit” dir. birincisi iyun ayında keçirilib.

“Gördük ki, tələbat çox yüksək dərəcədədir. Bu il iki tədbir keçirdik. Gələn il üçün böyük planlarımız var. Gələn il 1-2 iyunda yenidən tədbir keçirilməsi planlaşdırılır”-deyən Fuad Kərimov vurğulayıb ki, hədəf rəqəmsal oyun sevənləri, sərmayədə əliaçıq olan sponsorları və sektorda fəaliyyət göstərən şirkətləri birləşdirmək olacaq.

Fuad Kərimov qeyd edib ki, dünyada və Azərbaycanda “gaming” sahəsi inkişaf edir. Oyunsevərlər burada yeni oyunlar və yeni texnologiyalarla yanaşı 20-30 il əvvəl populyar olmuş oyunları oynamaq şansı da əldə etmişdilər.

Bununla yanaşı müxtəlif oyun, anime və s. qəhrəmanlarının sərgiləndiyi stikerlər, obrazların heykəlləri, toxunma vasitələr, çantalar və s. məhsulların satışı da həyata keçirilirdi. Sammitdə oyun və anime qəhrəmanlarının geyimi ilə iştirak edən gənclər də əyləncəli tədbirə rəng qatırdılar.

Qeyd edək ki, böyük oyun tədbiri Azərbaycanda bu il ikinci dəfə keçrilir. Tədbirdə iştirak edən uşaq və gənclərin oyunlara olan marağı heyrətamiz idi.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »