Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Fransa kimi ölkələrin müstəmləkəçilik siyasətinin qurbanı olan ölkələrə dəstək olmalıyıq"
"Fransa kimi ölkələrin müstəmləkəçilik siyasətinin qurbanı olan ölkələrə dəstək olmalıyıq"

Bu gün İsveçrənin Cenevrə şəhərində yerləşən BMT Ofisində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqları, Sülh və Təhlükəsizlik” adlı beynəlxalq konfrans öz işinə başlayır. Qeyd edək ki, BMT Baş Assambleyası 14 dekabr 1960-cı ildə 1514 (XV) saylı qətnamə üzrə müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannaməni qəbul edib. Həmin dövrdən 14 dekabr dünyada “dekolonizasiya günü” kimi qeyd olunur. Maraqlısı budur ki, konfransda 22 ölkədən o, cümlədən ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, İsveçrə, Əlcəzair, Pakistan, Serbiya və digər ölkələrin iştirakı nəzərdə tutulub. Xatırladaq ki, konfrans Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 2023-cü il üzrə kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəkləməyə həsr olunmuş IV beynəlxalq tədbirdir.

“21-ci əsrdə yeni müstəmləkəçilik siyasətinin həyata keçirilməsini həyata keçirən Fransa kimi dövlətləri bəşəriyyətin “üz qarası” kimi qiymətləndirə bilərik. Çünki 21-ci əsrdə nə müstəmləkəçilik? 21-ci əsrdə artıq bütün xalqlar azad, demokratik inkişaf etmiş bir formada yaşamaq siyasəti seçir, inkişaf edirlər. Belə bir bir zamanda Fransanın bəzi zəif, gücsüz dövlətlər üzərində müstəmləkə siyasətini həyata keçirməsi qəbuledilməz bir haldır. Bəşəriyyət üçün bu kimi halları “biabırçılıq” kimi qiymətləndirmək olar”.

Bu barədə Bizimyol.info xəbər portalına Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü danışıb.

Mübariz Göyüşlü Mübariz Göyüşlü, Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Bu səbəbdən də, Azərbaycanın belə bir təşəbbüslə çıxış etməsi, Fransanın bu müstəmləkə siyasətinə vurulan zərbələrdən biridir. Gələcəkdə də bu prosesi davam etdirmək, həmin o əzilən xalqların haqq səsi olub, onların çəkdiklərini və başına gətirilən faciələri dünyaya çatdırmaq lazımdır. Azərbaycan bu işi ən yüksək səviyyədə icra etməkdədir. Gələcəkdə də bu siyasəti davam etdirmək lazımdır”-deyə politoloq bildirib.

Politoloq qeyd edib ki, Fransanın və Fransa kimi dövlətlərin müstəmləkə siyasət həyata keçirərək, xalqlara yaşatdıqları faciələri insan haqları mövzusunda "bülbül" olan ölkələrə göstərmək önəmlidir. Dünyanın diqqətini bu işə cəlb etmək lazımdır. Əzilən, haqqı yox sayılan xalqların gələcəkdə müstəqil, rahat bir həyat qura bilməsi və müstəmləkəçilik rejimindən azad olması üçün ölkə olaraq ciddi bir missiya yerinə yetirə bilər və bu mübarizə meydanında önəmli mövqedə yer tuta bilərik.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »