Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölməyə Vətən yaxşı, yaşamağa... Xaricdə həyat "axtaran" vətəndaşlar konsulluq qapılarında sürünürlər
Ölməyə Vətən yaxşı, yaşamağa... Xaricdə həyat "axtaran" vətəndaşlar konsulluq qapılarında sürünürlər

Bəzən düşünürəm ki, biz xaricdə yaşayan həmvətənlərimizə qarşı çox tələbkarıq. Amma dünyanın başqa bir ölkəsinə köçmək, başqa bir ölkəsində yaşamağa çalışmaq düşünüldüyü qədər asan deyil. Əgər dipolmatik korpus, səfirliklər, konsulluqlarla əlaqələr istənilən səviyyədə olmasa, etiraf etməliyik ki, heç kim xarici ölkədə Azərbaycanı tanıda bilməz. Ya da belə deyək, sadəcə bir mağazaya gedəndə və yaxud taksidən istifadə edəndə azərbaycanlı olduğunu deyib, Azərbaycan həqiqətlərindən danışa bilərsən ki, bu da heç işə yaramır.

Çox uzağa getməyək, elə qardaş Türkiyədən danışaq. Orada nə kimi haqlarımız var? Yaşamaq üçün icazə almaq böyük bir işgəncədir. Kirayə ev tapanda Allaha şükür edirsən. Ev sahiblərindən köç idarəsinin tələb etdiyi sənədləri istəyəndə, elə düşünürlər ki, evlərini əllərindən almaq istəyirsən…

Əcnəbi oluğun üçün bir işə girdiyin zaman mütləq şəkildə “çalışma izni” almalısan. Yəni ya Türkiyədə yaşamaq üçün böyük imkanlara sahib olmalısan və biznesini orada inkişaf etdirməlisən, ya da təhsilini alıb geri qayıtmalısan.

Səfirliyimizin, konsulluğumuzun qapısında elə bir sıra olur ki, səhər saat 5-də evdən çıxmalısan ki, sırada yer tuta biləsən. Belə bir şəraitdə, Azərbaycandan və ya Azərbaycan həqiqətlərindən harada danışa bilərsən?

Hələ ki, söhbət Türkiyədən gedir. Siz bir də ABŞ-da, Fransada, Hollandiyada, İsveçdə və s. digər ölkələrdə yaşayan azərbaycanlıları düşünün...

Düşünürəm ki, səfirlərin işi sadəcə dövlət rəsmilərini qəbul etmək və ya dövlət tədbirlərində iştirak edib, şəkil çəkdirməkdən ibarət olmamalıdır. Dünyanın hər bir yerində səfirliklərimizdə konsulluqlarımızda ən azı həftədə bir dəfə açıq qapı günləri olmalı, insanlar rahat şəkildə problemlərini deyə bilməli və müraciətini məsul şöbəyə edə bilməlidir. Dünyanın istənilən yerində yaşayan azərbaycanlı bir problem yaşadığı zaman arxayın olmalıdır ki, arxasında Azərbaycan səfirliyi dayanıb. O zaman vətəndaş Azərbaycandan və Azərbaycan həqiqətlərindən danışa bilər. Ümid edirəm ki, diasporumuza qarşı tələbkar olanda, diplomatik korpusa qarşı ikiqat tələbkar olacağıq…

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »